Now Reading:
Deputat sulu qəlyanın qadağan olunmasını təklif edir

Deputat sulu qəlyanın qadağan olunmasını təklif edir

“Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsində mübahisəli məsələlərdən biri qapalı məkanlarda (kafe, restoran, çayxana, otel, oyun salonları və s.) sulu qəlyanların çəkilməsinə münasibətdir”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev bildirib.

Musa Quliyevin sözlərinə görə, layihə hazırki şəkildə qəbul olunarsa, sulu qəlyan çəkilməsinə məhdudiyyət qoyulmayacaq: “Mənim fikrimcə isə sulu qəlyan daha təhlükəli və gənclərdə alışqanlıq yaradan pis verdiş kimi qapalı məkanlarda qadağan olunmalıdır. Açıq havada çəkilməsinə icazə vermək olar. Yaxud xüsusi lisenziya ilə işləyən qəlyanxanalar açmaq olar. Uşaqları, məktəbliləri, siqaret tüstüsü olan məkanlardan uzaq tutmaq lazımdır”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.