Loading...
Loading...
ÖLKƏGündəm

Deputat: 'Tələbə inşaat dəstələri yaratmalıyıq'

Dekabrın 27-də Milli Məclisin plenar iclasında deputat Aqil Abbas tələbə inşaat dəstələri yaratmağı təklif edib: “Niyə gedib BAM-ı (Baykal Amur Magistralı) tikə bilir Azərbaycan gənci, niyə gedib Qarabağın azadlığı uğrunda könüllü canından keçə bilir Azərbaycan gənci? 3 min oğlan şəhid olub, Allah hamısına rəhmət eləsin. Qazi olublar. Niyə gedib Qarabağa könüllü işləməsinlər? Maaş da almalıdırlar, bu öz yerində. Yəni, iki ay nədir ki, boş-bikar, avara gəzənəcən gedib Qarabağda o tikintidə iştirak etməsinlər”.

Onun sözlərinə görə, bu on minə qədər işçi qüvvəsi deməkdir: “Az rəqəm deyil, kiçik rəqəm deyil. Ona görə də mən xahiş edirəm gənclər və idman nazirindən, hələ vaxt var, dörd-beş ay vaxt var yay tətilinə. Ona qədər bunu formalaşdırsınlar… Tələbələr hamısı gedəcəklər. Həkim kimi gedən var, inşaatçı kimi gedən var”.

O qeyd edib ki, Azərbaycan üçün, Qarabağ üçün bu çox vacibdir: “İşçi tapılmır. Verdikləri maaş da… Oxuyub görürük ki, o maaş deyil. Amma tələbə gedib 300-400 manata… Könüllü gedəcək, vallah, pul da istəməyəcək. Müharibəyə gedən pul istəyirdi? Ölməyə gedəndə pul istəyirdi? Yox! Tikməyə gedən də pul istəməyəcək”.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, ErmənistanRusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna Gürcüstandakı səfirini geri çağırır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button