2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Deputat: 'Tələbə inşaat dəstələri yaratmalıyıq'

Dekabrın 27-də Milli Məclisin plenar iclasında deputat Aqil Abbas tələbə inşaat dəstələri yaratmağı təklif edib: “Niyə gedib BAM-ı (Baykal Amur Magistralı) tikə bilir Azərbaycan gənci, niyə gedib Qarabağın azadlığı uğrunda könüllü canından keçə bilir Azərbaycan gənci? 3 min oğlan şəhid olub, Allah hamısına rəhmət eləsin. Qazi olublar. Niyə gedib Qarabağa könüllü işləməsinlər? Maaş da almalıdırlar, bu öz yerində. Yəni, iki ay nədir ki, boş-bikar, avara gəzənəcən gedib Qarabağda o tikintidə iştirak etməsinlər”.

Onun sözlərinə görə, bu on minə qədər işçi qüvvəsi deməkdir: “Az rəqəm deyil, kiçik rəqəm deyil. Ona görə də mən xahiş edirəm gənclər və idman nazirindən, hələ vaxt var, dörd-beş ay vaxt var yay tətilinə. Ona qədər bunu formalaşdırsınlar… Tələbələr hamısı gedəcəklər. Həkim kimi gedən var, inşaatçı kimi gedən var”.

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edib ki, Azərbaycan üçün, Qarabağ üçün bu çox vacibdir: “İşçi tapılmır. Verdikləri maaş da… Oxuyub görürük ki, o maaş deyil. Amma tələbə gedib 300-400 manata… Könüllü gedəcək, vallah, pul da istəməyəcək. Müharibəyə gedən pul istəyirdi? Ölməyə gedəndə pul istəyirdi? Yox! Tikməyə gedən də pul istəməyəcək”.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button