Loading...
Loading...
Xəbərlər

Deputat Türkiyənin sosial şəbəkələrin tənzimlənməsi təcrübəsindən istifadə etməyi təklif edir

Bakı/02.02.22 Sosial şəbəkələr haqqında xüsusi bir qanunun qəbul edilməsi zəruridir. Bu barədə Turan-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu, artıq ictimai sifarişdir. “Mən bu məsələni parlamentdə qaldırmışam. Çünki sosial şəbəkələr yeganə bir yerdir ki, heç bir qanunla tənzimlənmir. Orada anarxiya hökm sürür”.

O qeyd edib ki, hazırda söhbət mexanizmlərdən gedir. “Biz bu sahədə qardaş Türkiyənin təcrübəsini nümunə götürə bilərik. 2020-ci ildə Türkiyə parlamenti “Sosial şəbəkələr haqqında” Qanun qəbul etdi. Həmin qanuna əsasən, sosial şəbəkə seqmentlərinin, yəni Facebook, YouTube, Twitter və digərlərinin Türkiyə ərazisində hər birinin gündəlik istifadəçilərinin sayı 1 milyonu ötərsə, onlar ölkədə nümayəndəlik açmalıdır və bu sahədə qeyri-qanuni hərəkətləri tənzimləməlidir”.

Deputat qeyd edib ki, nümayəndəlik açılandan sonra həmin sosial şəbəkədə Türkiyə qanunvericiliyinə zidd kontent yerləşdirilərsə, hökümət nümayəndəliyi həmin kontenti silmək üçün 2 sutka vaxt verir. “Bu baş verməsə, Türkiyə höküməti həmin şirkəti 700 min dollar cərimə edir”.

Deputat qanundakı digər təsir mexanizmindən də söz açıb. “Facebook, Twitter və digər şirkətləri həmin qanuna riayət etmədikləri təqdirdə Türkiyə şirkətlərinə həmin sosial şəbəkələrdə reklam yerləşdirməyi qadağan edir. Eyni zamanda, xəbərdarlıq edilir ki, internetin sürəti kəskin şəkildə azaldılacaq”.

Nəsirov vurğulayıb ki, Türkiyə artıq 1 milyon dollara yaxın cərimə tədbiq edib. “Hamı elə bilirdi ki, YouTube, Facebook üçün Türkiyə balaca bir bazardır və bu nəhəng şirkətlərə bu addımların heç bir təsiri olmayacaq. Amma məsələnin gedişatı göstərdi ki, bu şirkətlərin ən zəif nöqtəsi puldur. Maliyyə sanksiyaları başlayan kimi məsələ öz həllini tapdı”.

Deputatın sözlərinə görə, “Sosial şəbəkələr haqqında” Qanunun qəbulu Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinin dekriminallaşdırılması üçün əsas olmayacaq. -21D06-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button