24saat.org Deputat və baş redaktor əlbəyaxa olub - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Deputat və baş redaktor əlbəyaxa olub

Kamran Nəbizadənin sərxoş halda dava salması, onunla dalaşanın isə xəbəri yayan Eynulla Fətullayevin olduğu bildirlir

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb. 24saat.org xəbər verir ki, bu barədə virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev xəbər verir.

Jurnalistin sözlərinə görə, deputatın sərxoş halda saldığı dava onun gözlərinin qarşısında baş verib.

Hadisə şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.

Sərxoş deputatı birtəhər maşına oturdub evə aparıbıar.

Bir neçə həftə öncə İspaniyada BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun sərxoş vəziyyətdə dava salması ilə bağlı qalmaqal yaşanmışdı.

Deputatla əlbəyaxa olan Fətullayevin özü olub

Bu xəbəri dəqiqləşdirmək istədiyimiz Kamran Nəbizadə zənglərə cavab verməsə də, Yenicag.az deputatın iştirakı ilə baş vermiş dava-dalaşın təfərrüatlarını öyrənə bilib. Saytın əldə etdiyi məlumata görə, dava deputatla məhz (!) Eynulla Fətullayevin arasında baş verib. Qeyd olunur ki, Kamran Nəbizadə, daha bir neçə deputat və Fətullayev restoranda yeyib-içərkən, mübahisə düşüb. Bu zaman ona cavab qaytarmasından əsəbləşən Nəbizadə jurnalistlərin ünvanına uyğun olmayan sözlər deyib.

Kamran Nəbizadə

Kamran Nəbizadə

Deputat təkzib edir

Milli Məclisin deputatı Kamran Nəbizadə Bakıda restoranlarından birində sərxoş halda dava salması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
O, “Report”a açıqlamasında deyib ki, barəsində yayılanlar həqiqəti əks etdirmir: “Yalan xəbərlərdir”.

Xatırladaq ki, deputatın sərxoş halda restoranda dava salması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, K.Nəbizadəni restoranın mühafizəçiləri sakitləşdiriblər. O, daha sonra restorandan kənarlaşdırılıb.

24saat.org xatırladır ki, 2015-ci ildə 107 saylı Qazax seçki dairəsindən deputat seçilən Kamran Nəbizadə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin bacısı oğludur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.