Deputat xanıma məxsus olduğu iddia edilən sərvət - SİYAHI - 24 saat xəbərlər
Now Reading:
Deputat xanıma məxsus olduğu iddia edilən sərvət – SİYAHI
Full Article 2 minutes read

Deputat xanıma məxsus olduğu iddia edilən sərvət – SİYAHI

Deputat Aytən Mustafazadənin sahib olduğu iddia edilən  əmlakların siyahısı yayılıb. Aytən Mustafazadə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatdır.

O həm də hüquq elmləri doktoru, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktorudur.

Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü olan Aytən Mustafazadə yayılmış məlumatla bağlı heç bir açıqlama verməyib.  Az24saat.org sosial şəbəkələrdə və mediada yayılmış həmin məlumatı təqdim edir:

1. Azad Şirniyyat istehsalat Birliyi (azadsirniyyat.az) – 30 mağaza

2. Yasamal rayonu A.M.Şərifzadə küçəsində yeni binada bir neçə mənzil

3. H.Cavid propektində mənzil

4. İdeal Concept Group ( holdinqin prezidenti oğlu Orxandır, 29 yaşı var)

5. “One o One” ticarət kompaniyası

6. “Fresh Berry” supermarketlər şəbəkəsi (Dubayda yerləşir)

7. “Newadvice”- PRO şirkəti

8. “Twilight” yaxta, su oyunları, icarə və menecment şirkəti (Dubay – Jumeriah Beach Hotel, Marina Yacht Club, Marina Mall ərazilərində). Tərkibində yüzlərlə yaxta- ailəvi istirahət, balıq ovu üçün nəzərdə tutulub.

9. Tualet kağızları biznesi

10. Kartric doldurma biznesi

11. “Qart” avtomobil mərkəzi

12. İdeal Concept Groupun baş ofisi Dubayda “Grosvenor Business Tower”də yerləşir, İllik icarə haqqı kimi 520 min dollar pul ödəyir.

13. İtaliyanın məşhur “Sezak” şirkətinin parnyorudur.

14. İnşaatçılar metrosunun yaxınlığında şirniyyat evi

15. Bakının bir neçə yerində sifarişlə tort hazırlayan Sezak şirniyyat evi

16. Deputat həm də İnsan Hüquqları İnstitutunun direktorudur, İş yerində və evində bahalı itlər, pişiklər saxlayır

17. Dubayda sahilə yaxın yerdə villa
18. Türkiyədə mənzil

19. Bir neçə ölkədə şirkətlərin tərkibində reklam biznesi

20. Deputatın şirkətləri inşaat sahəsində də fəaliyyət göstərir… və s.

Xatırladaq ki, bir neçə il öncə deputatın Las-Veqasda kazinolardan birində fotosu yayılmışdı.

 

Input your search keywords and press Enter.