2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Deputata APA təxribatı, yoxsa özünü təmizə çıxarmaq cəhdi – VİDEO

Deputat Qüdrət Həsənquliyevin Milli Məclisin son iclasında çıxışı zamanı “Depuatlar 8 min manat maaş almalıdır” deməsi cəmiyyətdə böyük rezonansa səbəb olub.

24saat.org xəbər verir ki, Q.Həsənquliyev sözügedən çıxışı parlamentdə deputatların maaşının 10 faiz artırılması ilə bağlı qanun layihəsi müzakirə edilən zaman edib. Mətbuada yazılan informasiyaya görə, deputat çıxışında bildirib ki, bu artım olduqca azdır və ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Əmək haqqının həddinə görə, biz bütün region dövlətlərindən bir neçə dəfə geridə qalırıq. Mən bilmirəm, Prezident Administrasiyasının əməkdaşlıarı nə qədər maaş alırlar, hər halda bizə bu barədə məlumat verilsə, yaxşı olar. Azərbaycan prezidentinin əmək haqqı 15 min manatdır. Fikrimcə, Baş nazir, spiker 10 min, deputatlar 8 min manat maaş almalıdır. Bəziləri düşünə bilər ki, bu, əlavə narahatlığa səbəb ola bilər. Mən belə düşünmürəm. Sadəcə vətəndaşlarla əlavə iş aparmaq lazımdır”. Deputat konkret nümunə də çəkdi. Bildirdi ki, Sinqapurda nazirlər çox yüksək məblığdə maaş alır: “Əgər siz istəyirsinizsə ki, ölkədə korrupsiya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparılsın, onda nazirlərin, deputatların əmək haqlarını ciddi şəkildə artırmalıdıyıq. Necə ki, Sinqapurda nazir 100 min manat əmək haqqı alır, orta aylıq əmək haqqı 58 min dollardır”.

Bu cür təklif ictimaiyyədə böyük narazılıqla qarşışadıqdan sonra Q.Həsənquliyev mətbuata açıqlama verərək bildirib ki, onun fikirləri təhrif olunub. O, yüksək maaş arımını təkcə depuatlara və məmurlara deyil, ümumilikdə hamıya şamil olunmasını təklif ediyini deyərək, təxribat nəticəsində çıxışının yalnız bir hissəsinin – deputatlara və nazirlərə aid hissəsinin yayıldığını bildirib.

Sitat: “Məqsədyönlü şəkildə bir qrup yaramaz insan məsələni bu cür təqdim etdilər ki, Qüdrət Həsənquliyev deyib deputatların əmək haqqı artırılsın. Halbuki, mən orda orta əmək haqqının 5 minə qədər qaldırılmasını təklif etmişdim. Yəni əgər nazir 10 min alacaqsa, orta aylıq əməkhaqqı 5 min olacaq. İndi tutaq ki, orta aylıq əmək haqqı ilə nazirin maaşı arasındakı fərq 4-5 dəfədir. Amma mənim irəli sürdüyüm təklifdə nazirin də maaşı qalxır, orta aylıq maaş da qalxır. 5 min manat alan vətəndaş öz həyatını kifayət qədər yaxşı qura biləcək. Orta aylıq əməkhaqqından söhbət gedir, bura müəllim də, həkim də, dövlət qulluğunda, biznes strukturlarında olanlar və s. də aiddir. Əlbəttə, orta aylıq əmək haqqı 500 manatdırsa və deputatın da maaşı birdən-birə 8 min olursa, bu, əlbəttə, qıcıq doğuracaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Deputat məlumatın yarımçıq yayılmasını sifariş adlandırıb: “Kim istəməz ki, ölkədə hamının əmək haqqı yüksəlsin? Sadəcə olaraq bizdə jurnalistikada da, siyasətdə də yaramaz ünsürlər var. Onlar ayrı-ayrı sifarişlərlə, bəziləri reketlik naminə, utanmadan, öz peşələrinə xəyanət edərək, informasiyanı birtərəfli çatdırdılar. Açıq deyək, cəmiyyətdə də siyasi mədəniyyət yüksək olmadığından, həm də biz emosional xalq olduğumuzdan yazılmış informasiyanın nə dərəcədə doğru olduğunu araşdırmadan, mənim çıxışımın tam mətni ilə tanış olmadan, başladılar ki, bəs, bu nədir, orta aylıq əmək haqqı 500 manatdır, Qüdrət Həsənquliyev deyir deputatın maşı 8 min manat olsun? Bəziləri hətta bütün ədəb-ərkanı unudaraq təhqirə keçdilər…”.
O qeyd edir ki, sifarişlər bəzi yüksək dairələrdən qaynaqlanır: “Hələlik bu barədə geniş danışmaq istəmirəm. Yəqin ki, zamanı gələndə həmin insanları necə lazımdırsa, ifşa edəcəyəm” – deyə Həsənquliyev “Yeni Müsavat”a müsahibəsində bildirib.
Qüdrət Həsənquliyevin “Xalq Cəbhəsi” qəzetində isə çıxışın tam mətni kimi təqdim edilən materialda Qüdrət Həsənquliyevin ölkədə ümumilikdə maaşın artırılması ilə bağlı danışdığı qeyd edilir.

Qüdrət Həsənquliyevin parlamentdəki çıxışından bir neçə dəqiqəlik kadr yayılıb ki, həmin kadrda da deputatın yalnız deputalara, nazirlərə və məmurlara yüksək maaş verilməsini təklif etdiyi məlum olur.
Bəs onun çıxışını yarımçıq yayan və bunun arxasında duran kimdir?

24saat.org-un araşdırmasında məlum olur ki, Qüdrət Həsənquliyevin bu cür çıxış etməsini videomaterialla birlikdə təqdim edən APA TV olub və deputaın məmurlara yüksək maaş təklif edən çıxışı da sosial şəbəkələrdə məhz o kadrdan isifadə edilərək yayılıb.
Qüdrət Həsənquliyevin açıqlamasından çıxışının özünün dediyi kimi təxribat kimi “sifarişlə” yarımçıq yayılması doğrudursa, o zaman bu sifarişi yerinə yetirən media quruluşlarından biri və ən ciddisi APA-dır.
Q.Həsənquliyevin APA ilə yaxın münasibətləri olduğunu nəzərə alsaq, ortaya daha bir ehtimal çıxır. Qüdrət Həsənquliyev mediada yayıldığı kimi, çıxışında yüksək maaş artımının hamıya deyil, sadəcə vəzifəlilərə aid olduğunu deyib, sonradan isə təklifinin böyük hiddətlə qarşılandığını görərək, məsələni “sifariş və təxribat” kimi qələmə verərək, medianın üstünə atmaqla özünü təmizə çıxarmağa çalışır.

Çünki Qüdrət Həsənquliyevin “tam mətn” dediyi çıxışı – maaş artımının bütün xalqa aid ediyi iddiası yalnız özünə aid medai orqanında axşam saalarında dərc edilib. Çıxışın videosu isə yalnız yarılmçıq formadadır. Halbuki Həsənquliyev APA ilə yaxın münasibətlərindən istifadə edərək, çıxışının tam videoyazısını bu mediaholdinqədn alaraq yaya bilər və bütün xalqa yüksək maaş təklif ediyini sübut edə bilərdi. Bundan başqa, parlamentdəki bütün çıxışlar Milli Məclisin xüsusi çəkiliş qrupu və texnikası vasitəsilə anbaan qeydə alınır. Q.Həsənquliyev istədiyi vaxt parlamentdən çıxışının tam videosunu əldə emək səlahiyyətinə malikdir. Bundan başqa, qəzetinin müxbiri onun parlamentdəki çıxışının stenoqramını dərc edibsə, deməli, diktofon yazısından isifadə edib. Q.Həsənquliyev həmin səs yazısını da yayaraq, təklifinin hansı formada olduğunu sübut edə bilərdi.
APA TV-də sözügedən süjetin montajı zamanı isifadə olunan kadrlardan biri də diqqət çəkir. Belə ki, Q.Həsənquliyevin çıxışının kəsilən hissəsinə montaj zamanı “perebivka” olaraq Milli Məclisin iclas salonundan ümumi kadr yerləşdirilib. İki dəfə ayrı-ayrı anlarda yayılan həmin kadrda isə sabiq deputat Çingiz Əsədullayev yer alır.

Yada salaq ki, 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı Çingiz Əsədullayevin namizədliyini verdiyi Ağdaşdan depuat seçildiyi elan edilsə də, bir müddət sonra həmin dairədə seçkinin nəticələrinin ləğv edildiyi bildirildi və təkrar seçkidə Ç.Əsədullayev işirak etmədi.

“AzəriQazBank”ın prezidenti olan Ç.Əsədullayev parlament seçkiləri ərəfəsində həbs edilən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamı hesab edilirdi. Onun dairəsində seçkinin nəticəsinin ləğv edilməsinin də məhz bu amillə bağlı olduğu ictmiaiyyətdə müzakirə mövzusu olmuşdu.
24saat.org APA TV-nin həmin sejetini təqdim edir:

https://youtu.be/c9EW_3DA-cE

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button