Now Reading:
Deputata qarşı sensasiyalı ittihamlar – FOTOLAR

“Deputat Elxan Süleymanov Göyçay çayının düz ortasında 6 möhtəşəm villa inşa etdirib. Hətta həmin villaları elə inşa ediblər ki, Göyçay çayı həyətyanı sahəyə düşüb. Bu villaları inşa edilən zaman çayın hövzəsi daraldılıb ki, nəticədə Göyçay rayonunda körpünün uçması baş verib. Buna görə başlanılmış cinayət işinə Elxan Süleymanovun özü cəlb edilməlidir”.

Bunu 24saat.org-a Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini Purqafari Azər Ələsgər oğlu bildirib. O qeyd edir ki, deputat Elxan Süleymanov öz şəxsi biznesini gücləndimək məqsədi ilə Göyçay rayonunda 500 ailənin iş yerini qapadaraq çörəyinə bais olub. “Belə ki, Göyçay rayon ərazisində 10 yerdə qum-çınqıll karyerini Elxan Süleymanov bağlatdırıb. Bu isə 500 ailənin çörəksiz qalması və dövlətə ödənilən küllü miqdarda verginin qarşısını almaq deməkdir.  Əslində həmin karyerlər qanunu fəaliyyət göstərirdi. Ancaq Elxan Süleymanov özünə məxsus Qəbələ rayon ərazisində yerləşən kariyerin məhsullarının satışını sürətləndirmək üçün Göyçay rayonunda yerləşən 10 kariyerin fəaliyyətini dayandırmağı qarşısına məqsəd qoydu və nail oldu. Guya Elxan Süleymanov təbiətin qayğısına qalır gələcəkdə yaranacaq təhlükənin qarşısını almağa çalışır. Sual olunur ki, Göyçay çayında fəaliyyət göstərən 10 qul-çınqıl kariyerinin fəaliyyəti qanunsuzdusa bəs Elxan Süleymanova məxsus Qəbələ rayonundakı karyer necə qanunu fəaliyyət göstərə bilər? Göyçay çayının uzunluğu 110 km dən çoxdur. Qanuna əsasən uzunluğu 100 km-dən çox olan çayın mühafizə zolağı 300 metir olmalıdır. Elxan Süleymanov isə 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib. Həmin villaların 6 hektar həyatyanı sahəsi var. Həmin villalar yerləşən ərazidə Göyçay çayının körpüsüdə əhatəyə alınmışdır. Hansı ki, bu gün selə görə körpü uçması nəticəsində alternativ kimi həmin körpüdən istifadə etmək olardı. Elxan Süleymanov öz biznesini gücləndirm\ək məqsədi ilə Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdırmaqla süni bahalaşmaya nail olmuşdur. Belə ki, əvvəl bir maşını 30-40 manata olan qum indi 300 manata Elxan Süleymanova məxsus karyerdə satılır. Ətraf rayon sakinləri məcbur olub Elxan Süleymanova məxsus karyerdən qum-çınqıl alırlar. Hər il dövlətə küllü miqdarda vergi ödəyən və 500 ailəni işlə təmin edən 10 qum-çınqıl karyerinin bir nəfər yaramaz. işbaz “deputatın” göstərişi ilə bağlamaqla dövlətə və vətəndaşlara küllü miqdarda ziyanlar vurub”.

Şikayətçi yazır ki, Elxan Süleymanov Şamaxı rayonundan deputat seçiləsəd Göyçay rayonunda doğulub və göyçaylıdır. O, Göyçay çayının üzərində deputata məxsus olduğuni iddia etdiyi 6 villanıən fotolarını da təqdim edib:

 

 

 

 

 

 

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.