2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

”Deputata qoyun hədiyyə edilsə, yarısını Milli Məclisə verməlidir?”

Deputatlar “ Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişikliyə etiraz etdi

“Qiyməti 150 manat olan qoyun veriblərsə, nə etməliyəm, qoyunu kəsib bir hissəsini Milli Məclisə təhvil verməliyəm?”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda deputatlar onlara təqdim olunan 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz. Bu halda onlar 55 manatdan baha olan hədiyyələri Milli Məclisə təhvil verməyə məcbur olacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Deputat qeyd edib ki, 13 ildir ki, deputatdır, amma heç kəsdən hədiyyə almayıb. O vurğulayıb ki, bu dəyişikliklərə səs verməyəcək.

“Deputatlara hörmət edilməməsi elə buradan görünür”

Deputat Musa Quliyevin fikrincə, qanuna dəyişikliklərin forması, mahiyyəti ona bənzəyir ki, Milli Məclis seçkili deyil, təyinatlı orqandır:

“Təyinatlı bir orqanda rəhbər necə əmr verib işçisini cəzalandıra bilirsə, bu dəyişiklikdə də faktiki forma odur. Milli Məclis xalqın seçdiyi bir orqandır. Dəyişikliyi oxuyanda elə başa düşülür ki, bunu deputat yazmayıb, kimsə deputatlara qarşı yazıb. Bəzən deyirlər ki, deputatlara hörmət edilmir. Deputatlara hörmət edilməməsi elə buradan görünür. Parlamentin İntizam Komissiyasının qərarı ilə deputat mandatdan məhrum edilir. Onu seçən 40 min insandan soruşmurlar ki, sənin seçdiyin şəxsi mandatdan məhrum edirik. Əvvəlki qaydalarda bu, Milli Məclisin müzakirəsinə çıxarılırdı. Niyə indi elə deyil? Ona görə müzakirəyə çıxarılmır ki, İntizam Komissiyasının 9 üzvünə tapşırıq vermək asandır, nəinki 125 nəfərə? Bunu pis niyyətlə demirəm. Yaxşı olar ki, bu, beynəlxalq ekspertizaya verilsin, onların rəyi alınsın. Milli Məclisin işini yaxşılaşdırmaq istəyiriksə, müzakirələrə daha çox imkan yaradılmalıdır. Deputatlar var ki, aylarla, illərlə parlamentdə çıxış etmirlər, seçicini təmsil etmirlər, biz buna bir söz demirik, amma deputatın iclasda 3 dəfə iştirak etməməsinə görə mandatı alınır… İllərlə iclaslarda olsun, çıxış etməsin, fəaliyyət göstərməsin, təklif verməsin, qanun yazmasın-bu zərərlidir, yoxsa bir ayda iclasda 2 dəfə iştirak etməmək?”

“Dəyişikliklər heç bir halda deputatların əleyhinə yönəlməyib”

Parlamentin vitse-spikeri Ziyafət Əsgərov deyib ki, “ Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişikliklərlə bağlı müəyyən narahatlıqlar başadüşüləndir: “Amma tam səmimi deyirəm ki, bu dəyişikliklər heç bir halda deputatların əleyhinə yönəlməyib”.

Deputatların hədiyyə alma ilə əlaqədar məhdudiyyətləri qanunun 10-cu maddəsində nəzərdə tutulub. Bu maddəyə əsasən, deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Maddədə qeyd edilir kii, bu qayda xidməti vəzifələrin qərəzsiz icrasına təsir göstərməmək şərti ilə, qonaqpərvərliklə bağlı olan və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləği keçməyən hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Yeni layihədə maddəyə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

Qanunun 10.2. maddəsinə əsasən, deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədikdə bu məsələyə dair Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır.

Yeni əlavə edilməsi təklif olunan 10.3-cü maddəyə əsasən isə deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməli və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidirlər.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunu ötən il parlamentdə qəbul edilib və prezientin 7 avqudt 2017-ci il tarixli fərmanı ilə qüvvəyə minib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button