2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Deputatdan iqtidardakı dəyişikliklərə reaksiya

Ölkə başçısı İlham Əliyev ötən gün Prezident Administrasiyasında struktur dəyişikliyi edib. Bu dəyişiklik nəticəsində Administrasiyada dövlət başçısına yeni köməkçilər təyin edilib, eyni zamanda yeni vəzifələr yaradılıb və onlara da təyinatlar gerçəkləşib.
“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Prezident Administrasındakı dəyişikliklər və yeni təyinatlarla bağlı Modern.az saytının suallarını cavablandırıb. Komitə sədri bildirb ki, dəyişikliklər Azərbaycanda səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasından irəli gəlir.
Fuad Muradovun sözlərinə görə, ötən il sentyabrın 26-da keçirilmiş referendumdan sonra bu cür struktur islahatları gözlənilən idi. Komitə sədri deyib ki, bu günə qədər Azərbaycanda aparılan bütün islahatlar ölkənin inkişafı və gələcəyinə yönəlib, kadr islahatları da həmçinin. F.Muradovun fikrincə, struktur dəyişikliyi nəticəsində Administrasiyada təyinat alan kadrlar Prezidentin müəyyən etdiyi islahatlar kursunu uğurla reallaşdıra biləcək şəxslərdir. “Administrasiyadakı dəyişiklik dövlət idarəçiliyinidə müsbət nəticələrə səbəb olacaq”,-deputat vurğulayıb.
Fuad Muradov mərhum akademik Yusif Məmmədəliyevin nəvəsi Yusuf Məmmədəliyevin Prezident Administrasiyasında yeni yaradılan Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına da münasibət bildirib.  Milli Məclisin Gənclər və idman komitəsinin sədri deyib ki, o, böyük potensiala malik kadrdır. “Yusuf Məmmədəliyev bundan əvvəl Xarici İşlər Nazirliyində və gənclər həraktında çalışıb. Çalışdığı hər sahədə böyük uğurlara imza atıb və üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirib. Onun yeni postda da qarşıya qoyulan vəzifələri daha effektiv şəkildə icra edəcəyini əminliklə söyləmək olar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button