2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Deputatdan sənədsiz evlərlə bağlı TƏKLİF

“İnsanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər”

Elmira Axundova: Uzun illər davam edən bu ciddi problemin öz həllini tapmalıdır

Milli Məclisin iclasında deputat Elmira Axundova kənd təsərrüfatı əhəmiyyətli ərazilərdə kütləvi şəkildə salınan qanunsuz tikililərlə bağlı məsələnin yaz sessiyasının qanunvericilik işləri planına salınmasını təklif edib. Bizimyol.info xəbər verir ki, deputat illər öncə respublikanın müxtəlif regionlarında, xüsusilə də Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə xeyli sayda yaşayış məntəqələri inşa edildiyini deyib. “Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, övladlarını böyüdürlər, oğul evləndirib, qız köçürürlər. Qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və s kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər. Tikililərin bir çoxuna Bələdiyyə və İcra hakimiyyətləri tərəfindən sənədlər verilib. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə “kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər. Bu problemi imkan qədər tez həll etmək lazımdır. Ya üzərindəki tikililər sökülərək, torpaqlar kənd təsərrüfatı məqsədləri üçün istifadəyə qaytarılmalı, ya da kateqoriyası dəyişdirilərək, həmin torpaqlar “yaşayış məntəqələrinin torpaqları” olaraq yenidən qeydə alınmalıdır.
O vurğulayıb ki, kütləvi söküntüyə dövlətimiz heç zaman getməz, çünki bu, bir tərəfdən iqtisadi cəhətdən səmərəsizdir. “Digər tərəfdən, minlərlə vətəndaşımızın uzun illər həmin evlərdə yaşadığını nəzərə alsaq, bu həm də sosial problem yarada bilər.
Qalır ikinci variant – torpaqların təyinatının dəyişdirilməsi və beləliklə, vətəndaşların öz evlərinə qeydiyyata düşmələrinə imkan verilməsi.
Qanunsuz da olsa, illər öncə salınmış bu yaşayış məntəqələrinin torpaqlarının təyinatı, kateqoriyası dəyişdirilərsə:
vətəndaşlar uzun illər yaşadıqları evlərə mülkiyyət hüququ əldə etməklə, öz evlərinə qeydiyyata düşə biləcəklər;
Minlərlə tikililər dövlət qeydiyyatına alınacaq, bu da daşınmaz əmlak bazarında ciddi canlanma yarada bilər;
Qeydiyyata alınmış tikililər əmlak vergisinə cəlb olunacaq;
Və ən nəhayət, uzun illər davam edən ciddi bir problemin öz həllini tapması ilə vətəndaş məmnunluğu təmin olunacaq. Əgər bu məsələ Nazirlər Kabinetinin səlahiyyətindədirsə, onda bu qurum qaldırılan məsələyə ciddi münasibət bildirməlidir. İnanın ki, bu problemin həlli minlərlə ailənin sevincinə səbəb olacaq. Xahiş edirəm ki, nəzərə alasınız”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button