2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Deputatın həbsindən apelyasiya şikayəti verilib – YENİLƏNİB

Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov vəkili tərəfindən verilən apelyasiya şikayətini geri götürüb.

Bu barədə APA-ya deputatın vəkili məlumat verib. 

Vəkil deyib ki, Eldəniz Səlimov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə seçilən həbs-qətimkan tədbiri qərarından apelyasiya şikayəti versə də, müdafiə etdiyi şəxs bu gün şikayətini geri götürüb. 
 
***
Müdafiəçi şikayətində göstərib ki, Eldəniz Səlimov haqqında seçilmiş həbs qətimkan tədbiri əsassızdır

Saytların yığılması Saytlarin yigilmasi

Polisi döyməkdə ittiham edilərək həbs olunan deputat Eldəniz Səlimovun vəkili apelyasiya şikayəti verib. Bu barədə Meydan TV-yə Bakı Apelyasiya Məhkəməsindən verilən məlumatda bildirilir ki, vəkil deputat haqqında seçilmiş həbs qətimkan tədbirindən şikayətçidir.

Müdafiəçi şikayətində göstərib ki, Eldəniz Səlimov haqqında seçilmiş həbs qətimkan tədbiri əsassızdır, adekvat deyil. Məhkəmə onun nüfuzunu, uzun illərdir millət vəkili olmasını və s. halları nəzərə almayıb. Vəkil hesab edir ki, Eldəniz Səlimov həbsdə olmadan da istintaq aparıla bilər. Müvəkkilinin yaşadığı yer məlumdur, istintaqdan yayınmaq niyyəti yoxdur və s.

Deputatın apelyasiya şikayətinə avqustun 11-də baxılacaq.

Eldəniz Səlimov avqustun 3-də Binəqədi Rayon Məhkəməsinin qərarıyla həbs olunub. Hakim onun həbsdə saxlanması haqda prokurorun təqdimatını təmin edərək, ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçib.

Binəqədi Rayon Məhkəməsində də təqdimata baxılarkən deputat və müdafiəçisi təqdimata etiraz edib, Eldəniz Səlimovun istintaq dövründə həbsdə saxlanmasına ehtiyac olmadığını vurğulayıblar.

45 yaşlı deputat iyulun 29-da Xaçmaz rayonunda “Starıy dvor” restoranında Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etmə vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham irəli sürülüb.

Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Həmçinin 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə də əlavə cəza kimi bu maddədə əksini tapıb.

Eldəniz Səlimov əməlinin yanlış olduğunu etiraf edərək, avqustun 2-də üzr istəsə də, yaydığı açıqlamada bu nəticəyə gətirib çıxaran səbəblər olduğunu da vurğulamışdı: “Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəb, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək”.

E.Səlimovun həbs olunmasına baxmayaraq, o, hələ deputat hesab olunur. Konstitusiyanın 89-cu maddəsinə əsasən, bu cür hallarda E.Səlimov ya özü könüllü qaydada mandatdan imtina etməlidir, ya da onun təqsirliliyinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button