Loading...
Loading...
Cəmiyyət

Deputatın marketində növbəti fırıldaq: “Favorit” müştərini belə aldatdı – Foto/Faktlar

Favorit marketin 9-cu mikrorayonda yerləşən filialında fırıldaq fakt ifşa edilib. 24saat.org-un  məlumatına görə, sosial şəbəkədə marketin soyğunçuluğundan yazılıb.

“Bir zamanlar, 1 il əvvəl hardasa, 6 manata aldığımız (snickers, mars, bounty) 2 dəfədən çox qiyməti qalxmağı azmış kimi fırıldaq edib üstündə 11.76 yazıb, qəbzdə 12.99 manata verirlər. Bu da Favorit!!! Alış-veriş zamanı qəbzi üstündə olan qiymətlərlə hər zaman müqayisə edin. Bura Azərbaycandı”.

Ancaq alıcının üzləşdiyi fırıldaqçılıq ilk dədə deyil. “Favorit” marketdən tez-tez şikayətlər daxil olur. İstehlakçıların hüquqlarını kobud surətdə pozan marketlər şəbəkəsinin deputa Hacı Madər Musayevə məxsus olduğu bildirilir.

Deputat Hac Madər Musayevin marketində soyğunçuluq və fırıldaqçılıq adi hala çevrilib. Artıq sosial şəbəkələrdə də bu haqda şikayətlər qeyd olunur. Eləcə də redaksiyamıza “Favorit” marketlər şəbəkəsi haqda müxtəlif məlumatlar daxil olur.

“Favorit” marketlər şəbəkəsi müştəriləri aldadır, bəzi məhsulların kampaniyada olması barədə kitabçalar paylayır. Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, kampaniyada olan məhsullar həddən artıq keyfiyyətsiz olur.

Market bu yolla keyfiyyətsiz və vaxtı keçmiş məhsulları istehlakçılara sırımaqla pul qazanmağa çalışır. Lakin ticarət obyektinin rəhbərliyi anlamır ki, bu cür fırıldaqçı yollarla yalnız və yalnız marketin imicinə zərər gətirə bilər.

24saat.org-un məlumatına görə, vitrindəki qiymətlərlə kassada vurulan qiymət arasında çox fərq olur. Yəni vitrindəki qiymətlə kassadakı qiymət üst-üstə düşmür.

Madər Musayevin Binəqədi rayonundan deputat seçilməsi və həmin marketlər şəbəkəsinin daha çox bu ərazidə fəaliyyət göstərməsi bütün diqqəti onun üzərinə yönəldib.

Yayılan məlumatlara görə, Madər Musayevə məxsus “Favorit” marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb.

Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. Bu da onun ticarətçi olduğunu təsdiqləyir.

O, həmişə deputat olub. Və bir müddət əvvəl müsahibəsində deputatlıqdan həzz aldığını, əgər seçilməsə yenidən bizneslə məşğul olacağını söyləyib.

Hacı Madər 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. “Şöhrət” ordeni ilə təltif edilib. Rus dilini bilir. Evlidir, 3 övladı var. Hörmətli deputatı dinləməyə və marketin mövqeyini dərc etməyə hazırıq.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button