2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Deputatla bağlı cinayət işi başlanıb 

Milli Məclisin deputatının polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddası ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluq bu gün, iyulun 30-da məlumat yayıb.

Məlumatda qeyd edilib ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində “Starıy Dvor” restoranında Azərbaycan Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb :

Saytların yığılması Saytlarin yigilmasi

” Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. ”

Açıqlamaya görə, istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Hələlik, bu açıqlamaya Milli Məclisinin deputatı Eldəniz Səlimov və polisin mövqeyini almaq mümkün olmayıb.

Amma bundan əvvəl Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Turan” Agentliyinə bildirmişdilər ki, hadisə iyulun 29-da gecə yarısından sonra Xaçmaz rayonunun Nabran qəsəbəsində Səlimovun qohumunun obyektində baş verib

.”Eldəniz Səlimov polisin karantin rejiminin ( Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantindir ) tələbinə uyğun olaraq obyekti bağlamaq tələbindən narazılığını bildirib.Fakt üzrə toplanmış materiallar Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib”,- Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Hadisənin bu "Starıy Dvor" restoranda baş verdiyi bildirilir
Hadisənin bu “Starıy Dvor” restoranda baş verdiyi bildirilir

Amma bəzi melumatlara görə, deputatın yaxınları bildiriblər ki, bu hadisə təhrif edilmiş formada təqdim edilir.

1976-cı ildə doğulan Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçkilərinə qatılıb. Onun 55 saylı Xaçmaz şəhər dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi deputat seçildiyi açıqlanıb. O, daha sonra da iki dəfə parlament seçkilərindən qalib kimi ayrılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button