2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Deputatlar 8 min manat maaş almalıdır” – İDDİA

Deputatların və Ombudsmanın maaşı 10 fazi artdı

Milli Məclisin iclasın növbəti plenar iclası keçirilib. Bizimyol.info xəbər verir ki, iclasda da Ombudsmanın və Milli Məclis üzvlərinin əməkhaqqının 10 faiz artırılması barədə qanun layihələri müzakirə edilib.

Komitə sədri Əli Hüseynli prezidentin parlamentə təqdim etdiyi 1 Konstitusiya qanununu layihəsini və 3 qanun layihəsini deputatlara təqdim edib.

Deputat Qüdrət Həsənquliyev çıxış edərək, maaş artımımnın az olduğunu deyib. “İndiki artım yetərli deyil. Ona görə ki, ölkədə devalvasiya baş verib. Əmək haqları o həddə artırılmalıdır ki, insanlar başqa qazanc, gəlir mənbələri barədə düşünməməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda maaş, həmçinin deputatların əməkhaqqı region ölkələri ilə müqayisədə aşağıdır: Mən bilmirəm, Prezident Administrasiyasının əməkdaşlıarı nə qədər maaş alırlar, hər halda bizə bu barədə məlumat verilsə, yaxşı olar. Azərbaycan prezidentinin əmək haqqı 15 min manatdır. Fikrimcə, Baş nazir, spiker 10 min, deputatlar 8 min manat maaş almalıdır. Bəziləri düşünə bilər ki, bu, əlavə narahatlığa səbəb ola bilər. Mən belə düşünmürəm. Sadəcə vətəndaşlarla əlavə iş aparmaq lazımdır”.

Q.Həsənquliyev vurğulayıb ki, korrupsiyanın qarşısının alınması üşün maaşlar artırılmalıdır. “Əgər siz istəyirsinizsə ki, ölkədə korrupsiya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparılsın, onda nazirlərin, deputatların əmək haqlarını ciddi şəkildə artırmalıdıyıq. Necə ki, Sinqapurda nazir 100 min manat əmək haqqı alır, orta aylıq əmək haqqı 58 min dollardır”.

Q.Həsənquliyev bir sıra kateqoriyadan olan insanların, xüsusilə də həkimlərin əmək haqqının çox aşağı olduğunu bildirdi. O qeyd edib ki, dövlət xəstəxanalarının özəlləşdirilməsi aparılmalıdır. “Ümumiyyətlə, ölkədə bir çox sahələr özəlləşdirməlidir. “Adicə küçə süpürən şəxslər də dövlət büdcəsindən əməkhaqqı alır”.

Spiker O.Əsədov da əməkhaqları arasında kəskin fərqin olmasının əleyhinə olduğunu bildirdi.

Bundan sonra qanun layihələri səsə qoyularaq qəbul edildi.

Rəşad VAQİFOĞLU

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button