2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Deputatlar arasında da koronavirusa yoluxanlar var”


Milli Məclisin deputatları arasında da koronavirusa yoluxanlar var.

Bunu noyabrın 24-də Milli Məclisin plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, koronavirusla mübarizə ümumxalq işidir və hamı bir nəfər kimi bu xəstəliklə mübarizə aparmalıdır: “Hər kəs sağlamlığına diqqət yetirməli, sanitar-gigiyena qaydalarına riayət etməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda indiyədək ümumilikdə 92281 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 1160 nəfərin vəfat etdiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button