2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Deputatlar polisin maaşını artırmağa çağırırlar

Bakı/11.11.21 Azərbaycan parlamentinin bəzi komitələrinin birgə ilcasında 2022-ci il üçün dövlət büdcəsi layihəsinə dair dinləmələr zamanı deputatlar polis əməkdaşlarının əməkhaqqının artırılmasını təklif ediblər.

Belə ki, deputat Zahid Oruc bildirib ki, Gürcüstanda sahə inspektorları ayda 400-500 dollar, patrul xidmətinin əməkdaşları isə 1000 dollar əməkhaqqı alırlar. O, Azərbaycan polisinin də maaşının artırılmasını təklif edib.

Deputat Qüdrət Həsənquliyev kiçik zabit heyəti əməkdaşlarının maaşının iki dəfə artırılmasına tərəfdar olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O həmçinin Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının maaşnın artırılmasını təklif edib.

Bununla əlaqədar maliyyə naziri Samir Şərifov məlumat verib ki, dövlət başçısının göstərişilə əhalinin müxtəlif kateqoriyasının maaşlarının artırılması ilə bağlı təkliflər hazırlanıb.

Onun  məlumatına görə, bu, həm hüquq-mühafizə orqanları işçilərinə, həm də hərbçilərə şamil ediləcək.

Bundan əlavə , müharibə veteranlarına müavinətlərin ödənilməsilə bağlı Nazirlər Kabinetində qərar hazırlanır.- 06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button