24saat.org Deputatlar üçün hədiyyə qadağası təsdiqləndi - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Deputatlar üçün hədiyyə qadağası təsdiqləndi

Dəyişikliyə əsasən, deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər

Milli Məclisdə “ Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda təsdiq edilib. Dəyişikliyə əsasən, bundan sonra deputat ona təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər. Deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz. Habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

Deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunsa, imtina etməlidir.

Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir. Dəyəri 55 manatdan yuxarı olan hədiyyələri isə Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidirlər.

Qanuna edilən digər dəyişikliklə isə deputatlara tətbiq edilən qadağaların genişləndirilməsini nəzərdə tutur:

“Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməlidir. Öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməlidir. Maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalıdır.

Deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallar da müəyyənləşib. O, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir. Həmçinin İntizam komissiyasının rəyini öyrənməlidir.

Deputat, Milli Məclisin İntizam komissiyasının rəyinə müvafiq alaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış edə və ya səsvermədə iştirak edə bilməz.

Deputatın xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir”.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.