2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Deputatların davranışları qanun çərçivəsinə salınır

Nizami Cəfərov: “Millət vəkili hər mənada məsuliyyət hiss etməli və öz funksiyasına nələrin daxil olduğunu bilməlidir”

Xalid Ağalıyev: “Bu qanun qəbul olunarsa, deputatların tam kontrolda saxlanmasına xidmət edəcək”

Saytların yığılması Saytlarin yigilmasi

Yeni hazırlanan “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsində bir sıra məsələlər əksini tapıb. Deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin, işgüzar nüfuzunu alçaldan kobud təhqiramiz sözlərə yol verməməli, bu cür hərəkətlər edilməsinə çağırmamalıdır.
Qanun layihəsinin 4-cü (İnsanların hüquqlarına, azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət) maddəsində qeyd olunub ki, deputat qərəzli olaraq hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməlidir.
Bundan başqa,  Milli Məclisin iclaslarında deputatların başqa deputatın əvəzinə səs verməsi qanunla qadağan olunur. Belə ki, deputat Mili Məclisin iclaslarında iştirak edən həmkarlarına bərabərhüquqlu münasibət göstərməli, onların fikirlərinə hörmətlə yanaşmalı, münaqişələrdən çəkinməli, öz mövqeyini hədə, təhdid və digər zorakı hərəkətlərlə bildirməməlidir.
Eləcə də, deputat Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, kənar müdaxilələr etməməli, çıxışlarında kobud ifadələr istifadə etməkdən çəkinməli, iclasın normal gedişini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməlidir.
azadlıq.info-ya açıqlama verən Milli Məclisinin deputatı, professor Nizami Cəfərov deputatlarla bağlı sözügedən məsələlərin geniş anlayış olduğunu və özündə bir sıra məqamları birləşdirdiyini söyləyir. O, millət vəkilləriylə bağlı müəyyən tələblərin olduğunu və onların vaxtaşırı gündəmə gəlməsini vacib sayır . N.Cəfərovun fikrincə, millət vəkilləri hər mənada məsuliyyət hiss etməli, öz funksiyasına nələrin daxil olduğunu bilməlidir: “Millət vəkili deyilən bir institut var. Bu institut da böyük təcrübəyə malikdir. Bu təcrübə ümumiləşdirilməli, deputatlar öz funksiyalarına nələrin daxil olduğunu bilməlidir. Deputatlara verilən tələblər ümumiləşdirilməlidir. Həmçinin, bu tələblər qanunla qərarlaşdırılmalıdır. Bugünkü müzakirələrə zərurət də elə bundan yaranıb.”
Məsələ ilə bağlı hüquqşunas Xalid Ağaliyevin azadliq.info-ya açıqlamasında dəyişikliyin hansı zərurətdən yaranması aydın sezilir.
X. Ağaliyev etik məsələlərin hansısa qaydalarda əks oluna bildiyini, deputatalar öz aralarında bu qaydaları razılaşdırmasını deyir. Hüquqşünas bizim parlamentin etik qaydaları qanunla tənzimləmək ideyasının müsbət örnək kimi yada salınmasını da düşünmür. “Deputataların statusu məsələlərinin etik pozuntularla əlaqələndirilib həll edilməsi isə ümumiyyətlə ağlabatan deyil. Məncə, deputatların statusu məsələləri son Konstitusiya referendumuna qədər həm ölkə Konstitusiyasında, həm də “Milli Məclisin deputatının statusu haqqında” qanunda kifayət qədər ölçülü-biçili şəkildə ifadəsini tapmışdı. Konstitusiya o zamanadək aydın şəkildə deputat statusuna nə zaman xitam verilə biləcəyinin sərhədini cızmışdı. Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda, vətəndaşlıqdan çıxdıqda, cinayət törətdikdə, dövlət orqanlarında vəzifə tutduqda, özü imtina etdikdə deputat mandatından məhrum edilə bilərdi. Ancaq son referendumla Konstitusiyaya deputat mandatından məhrumetmə üçün etik qaydaların pozulması əsası da əlavə edildi. Hazırkı dəyişikliklər də məhz həmin dəyişikliyin “meyvələrdir”. Nəzərə alınmalıdır ki, etik qaydalar qiymətləndirilə bilən anlayışdır, ona əməl edilib-edilməməsi daha çox ictimai rəyə aid olan məsələdir. Dövlət etik normaların təmin edilməsində rol almamalıdır. Parlament bu təklifi qəbul edərsə, o, deputatların tam kontrolda saxlanmasına xidmət edəcək”,- deyə Xalid Ağaliyev bildirib..

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button