Now Reading:
Deputatlığı qursağında qalan məmur İmişliyə zəhər uddurur – Fakt

Deputatlığı qursağında qalan məmur İmişliyə zəhər uddurur – Fakt

 

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli idarə rəisi haqda prezidentə müraciət olunub.

Bu barədə 24saat.org-a yerli sakinlər xəbər verib. Onların sözlərinə görə, komitənin Regional Nəzarət İdarəsinin rəhbəri Saleh Səmədov camaata zəhər uddurur.

Vaxtilə adı MTN bandası ilə çəkilmiş sözügedən idarə rəisi Sabirabadda yerləşən idarəni İmişliyə köçürməklə yerli əhalinin narazılığına səbəb olub. Ona görə də İmişlidə bir qrup sakin prezidentə teleqram vurub.

Eyni zamanda AMİP İmişli rayon təşkilatının sədri Tapdıq Həsənov da onu ittiham edib. Partiya rəsmisi qeyd edib ki, idarə rəisi öz obyektlərində qaz sayğaclarına müdaxilə edir.

Sitat: “Saleh Səmədov İmişlidə sahibi olduğu “Kral” şadlıq sarayı, spirt və şirə zavodlarına, fermalarına əlavə qaz və elektrik xətti çəkdirib. Bununla yanaşı, sayğaclara da müdaxilə edir. Elə buna görə də bir neçə ay əvvəl 100 minə yaxın cərimə edilsə də, yenə özünə qoyulmadı”.

T.Həsənovun sözlərinə görə, bu azmış kimi, ona məxsus olan zavodların tullantıları rayonda böyük bir bəlaya yol açıb:

“İmişli sakinləri spirt və şirə zavodlarında təmizləyici qurğular olmaması, texnologiyanın düzgün tətbiq edilməməsindən rayonu bürümüş pis qoxudan ölkə prezidentinə, müvafiq nazirliklərə və KİV-lərə şikayətlər etsələr də, nəticəsi olmayıb.

Bəli, indi də nəcis iyi ilə hava almağa məcbur edilmişik. Bu pis qoxunu təmizləməyə təbiətin gücü çatmırsa, məmurlar və aidiyyatı nazirlər səlahiyyətlərindən lazımınca istifadə edə bilmirlərsə, sadə vətəndaş neynəməlidir?”.

24saat.org xatırladır ki, ötən seçkilərdə İmişli şəhər 79 saylı DSK-dan parlamentə təyinat almış Əsabil Qasımovu dəstəkləyən, Azərbaycan Respublikası Standartlaşdırma, Metroloğiya və Patent üzrə Dövlət Komitəsi İmişli Ərazi idarəsinin rəisi Saleh Səmədovda deputatlıq eşqinə düşmüşdü.

Əslində düşüncə tərzinə görə Ə.Qasımovun təkrarı olan S.Səmədovun istəyində qeyri-adi heç nə yox idi. Parlamentə təyinat almaq üçün illər öncə “hazırlığını” belə görmüşdü.

Amma bu dəfə cənab Səmədovun fələyi obrazında tabe olduğu qurumun – Azərbaycan Respublikası Standartlaşdırma, Metroloğiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov oldu.

Belə ki, Komitə sədri S.Səmədova YAP-ın siyahısına düşməsi üçün göstərdiyi çabalara son verməyi əmr edib. Əvəzində isə Komitənin Aparat rəhbəri Quliyev Elçin Bəybala oğlunun namizədliyini YAP-ın siyahısı ilə 63 saylı Sabirabad I seçki dairəsindən irəli sürülməsinə nail olub.

Input your search keywords and press Enter.