Now Reading:
“Deutsche Bank” Tramp-Rusiya qalmaqalına dair sorğuya rədd cavabı verdi

“Deutsche Bank” Tramp-Rusiya qalmaqalına dair sorğuya rədd cavabı verdi

“Deutsche Bank” amerikalı konqresmenlərin prezidnt Donald Trampla bağlı müraciətinə rədd cavabı verib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bankın hüquqşünasları imtina cavabını ABŞ-ın şəxsi məlumatların qorunmasına dair müvafiq qanununa istinad etməklə əsaslandırıblar.

Qeyd edək ki, Konqresin Nümayəndələr Palatasında təmsil olunan demokratlar “Deutsche Bank”a Trampın Rusiya ilə mümkün əlaqələri barədə sorğu göndərmişdi.

Bu yolla Konqres Trampa adıçəkilən bank tərəfindən verilən kreditlərin Rusiya hökuməti tərəfindən zəmanət verilib-verilmədiyini müəyyən etmək istəyirdi.

“Deutsche Bank”ın rəhbəri Con Krayana ünvanlanan məktubda qeyd olunurdu ki, bank məsələyə aydınlıq gətirəndən sonra ABŞ cəmiyyəti Trampın Rusiya ilə bağlılıq səviyyəsini və bunun prezidentin siyasi qərarlarına nə dərəcə təsir etdiyini qiymətləndirə biləcək.

Konqresmenlər həmçinin “Deutsche Bank”ın Rusiya filialında çirkli pulların “yuyulmasında” adı keçən şəxslər haqda informasiya tələb etmişdi.

İddialara görə, Rusiya filialında 10 milyard dollar dəyərində çirkli pul “yuyulub”.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.