2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Devalvasiya olacaq?

merkezibank

Mərkəzi Bankın şənbə günü banklara işləmək tapşırığı verməsi ciddi ajiotaj yaradıb. Buna isə hakimiyyətin iki dəfə-məhz şənbə günləri devalvasiyaya getməsi əsas verir. İqtisadçı Samir Əliyev də qısa statusunda bundan şübhələndiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Şənbə günü, sentyabrın 30-u Azərbaycanda banklar üçün iş günü elan olunub.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, həmin gün banklar adi rejimdə fəaliyyət göstərəcək.

Azərbaycan Banklar Assosiasiyasının sədri qeyd edib ki, bu qərar Azərbaycan Mərkəzi Bankı tərəfindən hesablaşma prosedurlarının ayın sonunadək başa çatdırılması məqsədilə qəbul edilib.

Mərkəzi Bankdan isə bildiriblər ki, III rübün başa çatması ilə əlaqədar olaraq dövlət büdcəsinə daxilolmaların kütləviliyini, xərclərin aparılmasının rəvanlığını və hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan olunub. Bununla bağlı kommersiya banklarına rəsmi bildiriş göndərilib.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button