2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Devalvasiya yerli istehsal üçün zəmin yaradıb”

Samir Əliyev: “Lakin hökumət də bu imkanı düzgün qiymətləndirməlidir”

İqtisadçı ekspert Samir Əliyev 24saat.org-a açıqlamasında devalvasiya prosesinin yerli istehsal müəssisələrinin yaradılması baxımından doğurduğu fürsəti şərh edib. Ekspertin sözlərinə görə, baş verən bu proses yerli istehsal sahələrinin formalaşması üçün əlverişli zəmin yaratsa da, hökumət də bu imkanı düzgün qiymətləndirməli, bu yöndə gərəkli addımlar atmalıdır:
“Azərbaycanda baş verən devalvasiya yerli isteshsal üçün zəmin yaratdı. Xaricdən gələn malların dolların ifadəsində bahalaşması yerli istehsalın rəqabət qabiliyyətini artırdı. Bu baxımdan devalvasiyanın yerli istehsal sahələrinin yaranması üçün zəmin formalaşdırdığı danılmazdır. Lakin bu da bir həqiqətdir ki, proseslərin məntiqi sonluğuna çatdırılması üçün hökumətin də üzərinə mühüm iş düşür. Hökumət yerli istehsal sahələrinin yaradılması üçün formalaşan bu imkanı düzgün qiymətləndirməli, yerli istehsal müəssisələrinin yaradılması işinə təkan verməlidir. Bunun üçün sahibkarlara müəyyən güzəştlər edilməli, vergi məsələsi tənzimlənməli, optimallaşdırılmalıdır. Bu baş verərsə, yerli istehsal müəssisələrinin yaradılması prosesi sürətlənə bilər”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button