2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsoru yoxdur”

Şəhriyar Məmmədyarov: “Azərbaycana sevgim sonsuzdur, amma heyif ki, mənim gücüm sonsuz deyil”

“Bu gün jurnalist mənə sual verdi ki,  nədir səni məcbur edən bu qədər oynamağa? Utandım deyim ki, pul!”

Dünya səviyyəsində tanınan azərbaycanlı idmançı, şahmat aləmində “ŞAH” kimi tanınan Şəhriyar Məmmədyarov ürəkağrıdan açıqlama verib.

24saat.org xəbər verir ki, hazırda ABŞ-ın Sent-Luis şəhərində “Sinquefield Cup” superturnirinin VI turunda iştirak edən idmançımız dilə gələrək, sponsorsuzluq ucbatından peşəkarlığını pula görə xərcləsiyini vurğulayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Sabahiniz xeyir, indicə yuxudan durdum yorğunulqdan. Burda gecə saat 01.47-dir. Bu gün  Carlsenle 5 saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debutdan böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Bundan bir səbəbə gəldim ki,  40-45 günlük turnirə son qoyacam. Gərək az oynayıb özümdə güc saxlayım. Bu, əlbəttə biabırçılıqdı bu qədər ard-arda oynamaq. Bu gün jurnalist mənə sual verdi ki,  nədir səni məcbur edən bu qədər oynamağa? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsoru yoxdur və hətta bütün yarışlara özhesabıma gəlirəm. Çünki burada bütün insanların sponsoru var.

Amma sabah yenə oyun var. Gərək yenə hazırlaşım. Çox heyif, amma şahmat məni bezdirir. Yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə sponsor tapılmadı.
Azərbaycana sevgim sonsuzdur, amma heyif ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. Onda isıə bu söhbətlər sadəcə mənasız olacaq.

Təşəkkürlər diqqətə görə…”

 

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button