Loading...
Loading...
Sosial

DGK-da 700 milyon manat kəsir aşkarlanıb: General Səfər Mehdiyevin də sonu yaxınlaşır

Hüquq mühafizə orqanları Vergilər Nazirliyi ilə birgə DGK-da yoxlamalar aparıb.

Azsiyasət.com ovqat.com-a istinadən xəbər verir ki, yoxlamanın nəticələri hakimiyyətin yüksək pillələrində oturanları belə, əməlli-başlı şoka salıb.
 
Məlumata görə, aparılan yoxlamalar  zamanı 700 milyon manatdan çox kəsir aşkarlanıb. Özgə vaxt “mənim fəaliyyətimdə korrupsiya faktı tapın, istefa verim” deyən DGK-nin sədri general Səfər Mehdiyev kəsirin hansı səbəbdən yarandığına aydınlıq gətirə bilməyib.
 
İddialara görə, kəsrin büdcəyə olan ödənişi əhatə etdiyi   üzə çixib və onun hansı DGK rəhbərliyi tərəfindən mənimsənildiyi aşkar edilib. Əsas günahkarın indiki rəhbərlik olduğu müəyyənləşdirilib. Rəhbərliyə qısa zaman ərzində kəsirin ortadan qaldırılması tapşırığı verilib.
 
Məlumata görə, DGK-də korrupsiya faktlarının araşdırılması hazırda da davam edir.

DGK-nin mövqeyini işıqlandırmağa hazırıq.



24 saat

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button