2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Diabetlə Mübarizə Günüdür


Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür

Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə 1991-ci ildən bu qeyd edilməyə başlanıb.

2007-ci ildən də bu ənənə BMT-nin himayəsi altında keçirilir. 2006-cı ildə isə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Qətnamənin qəbul edilməsində məqsəd ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, əlamətləri, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı dünyada ən çox əlilliyə, ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, bu problem dünya əhalisinin ölüm faizini 2-3 dəfə artırır.

Azərbaycanda diabet xəstələrinin sayı artır

Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” qəbul olunub. Proqram çərçivəsində xəstələrin dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və digər tədbirlər həyata keçirilməlidir.

Ötən il Azərbaycanda 273,8 min diabet xəstəsi qeydiyyata alınıb.

2018-ci ildə isə qeydiyyatda olan diabet xəstələrinin sayı 255 min 470 nəfər təşkil etmişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button