Now Reading:
Dializ xəstəsi olan Cəbhəçini narkotik ittihamı ilə “Kürdəxanıya” göndərdilər

Mirfeyzulla Seyidova narkotik ittihamı irəli sürülüb və barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. M.Seyidov artıq Kürdəxanıdakı istintaq təcridxanasına göndərilib. Bu barədə vəkilinə istinadla yaxınları məlumat yayıb.

***

Polis AXCP-nin daha bir üzvünü saxlayıb. Lakin bu barәdә ailәsinә tәxminәn bir gün sonra xәbәr veriblәr. Mirfeyzulla Seyidov dünən günorta saatlarından yoxa çıxıb, onun axtarılması da nәticә vermәyib. Bu gün Nərimanov rayon Polis idarəsindən onun ailəsinə zəng edib orda saxlandığını deyiblər. Saxlanmanın səbəbləri haqqında məlumat verilməsə də, ailəsinə deyilib ki, tez bir zamanda ona lazım olan dərmanları çatdırsınlar.

Xalq hərəkatının və AXCP-nin fəallarından olan M.Seyidov uzun zamandır dializ xəstəsidir. O xeyli müddətdir bu xəstəlikdən müalicə olunur və ailəsinin bildirdiyinə görə, sabah onun dializ almaq vaxtıdır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.