2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Diasporaya Ermənistan pasportlarının verilməsi çətinləşdirilə bilər

Azatutyun yazır ki, “Vətəndaşlıq haqqında qanuna” əlavə şəklində irəli sürülmüş layihə e-draft saytında ictimai müzakirəyə verilib

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanın Milli Təhlükəsizlik Xidməti xaricdəki diaspora ermənilərinə Ermənistan vətəndaşlığının verilməsi qaydalarını sərtləşdirməyi təklif edib.

MTX-nin təqdim etdiyi təkliflərdə Ermənistan vətəndaşlığı verilən şəxsin son iki ildə 60 gündən az olmayaraq Ermənistanda yaşaması tələbi qoyulur.

Mövcud qaydalarda belə tələb yoxdur və erməni millətindən olanlar Ermənistanda məskunlaşdıqları gündən Ermənistan vətəndaşlığı almaq hüququna malikdirlər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu qanuna iyunun 25-də son düzəliş edilərkən diaspora işləri üzrə baş müvəkkil ofisi sözü gedən düzəliş təklifinə etiraz etmişdi.

Baş müvəkkil ofisinin nümayəndəsi Ovannes Aleksanyan iyulun 14-də bildirib ki, onlar hələ də bu düzəlişin edilməsinə qarşıdırlar:

“Vətəndaşlıq alınması qaydalarının fasiləsiz sadələşdirilməsi Diaspora məsələləri üzrə müvəkkil ofisinin və dövlətin vəzifələrindən biridir. Ermənistanın qarşısında demoqrafiyanın yaxşılaşdırılması kimi mühüm vəzifə durur. Demoqrafik vəziyyəti ya doğumların artırılması, ya da repatriasiyanın stimullaşdırılması ilə düzəltmək oalr. Belə bir qanun layihəsinin təqdim olunması vəziyyətin sağlamlaşdılmasına və qarşıya qoyulmuş vəzifənin icrasına mane ola bilər”.

Azatutyun yazır ki, “Vətəndaşlıq haqqında qanuna” əlavə şəklində irəli sürülmüş layihə e-draft saytında ictimai müzakirəyə verilib.

Kilsənin verdiyi arayış

Azatutyunun verdiyi xəbərə görə MTX aydınlaşdırıb ki, son illərdə Ermənistan vətəndaşlığı almış diaspora nümayəndələri Ermənistanda daşınmaz əmlak almayıblar, iqtisadi fəaliyyətlə məşğul olmayıblar və Ermənistana səfərlər etməyiblər.

MTX-nin məlumatına görə hətta belə hallar da olub ki, Ermənistan pasportunu yalnız başqa ölkələrə səfər edə bilmək üçün alıblar.

MTX habelə müəyyən edib ki, xaricdən olan bəziləri xaçaçur və ermənilik barədə saxta sənədlər təqdim ediblər.

Aleksanyan bu barədə deyilənlərə də etiraz bildirib.

O deyib ki, əgər Yaxın Şərqin hansısa kilsələrinin belə sənədləri verməsi aşkarlanarsa, bu məsələyə fərdi qaydada baxıla və şübhə doğuran kilsə, idarənin siyahısından çıxarıla bilər.

MTX düşünür ki, sözü gedən əlavənin qəbul edilməsi erməniliklə heç bir əlaqəsi olmasa da özlərini erməni kimi təqdim edən xaricilərin Ermənistan vətəndaşlığı üçün müraciətlərinin sayını xeyli azalda bilər.

Bu da qeyd olunur ki, keçmiş sovet ölkələrində yaşayanlara Ermənistan vətəndaşlığının verilməsi daha asandır, çünki sovet pasportlarında milliyyət qeyd edilirdi.

Qərbdə yaşayan ermənilərin erməniliyini təsdiq edən yeganə sənəd kilsənin onların xaçaçur edildiyi barədə verdiyi arayışdır. MTX bu halın problemlər yaratdığını bildirir.

Milliyyətcə və mənşəcə erməni

Uzun illər polisin pasport-viza şöbəsinə rəhbərlik etmiş Mnatsakan Bıçaqçıyan deyir ki, onun təklif olunan əlavəyə heç bir iradı yoxdur, amma qanuna müəyyən düzəliş etmək və onu hamıya şamil etməmək olar:

“Mən təklif edərdim ki, proses milliyyətinə və mənşəyinə görə ermənilərin ərizələrinə baxılması prosesi ayrılsın. Milliyyətcə erməni olanlar üçün köhnə qaydaları saxlamaq olar. Amma babası və ya nənəsi erməni olanlar üçün məhdudiyyətlər, məsələn Ermənistan ərazisində iki ildə 60 gün yaşamaq kimi məhdudiyyətlər qoyula bilər”.

Azatutyun yazır ki, son 6 ayda Ermənistan vətəndaşlığı üçün 10 minədək şəxs müraciət edib.

24 saat” “
Diasporaya Ermənistan pasportlarının verilməsi çətinləşdirilə bilər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button