2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Diffamasiya haqqında qanunun qəbulu məqsədli şəkildə gecikdirilir”

 Mehman Əliyev: “Media əməkdaşlarına qarşı təzyiqlər davam edir”

 “Diffamasiya haqqında qanunun qəbulu ilə bağlı müzakirələr çoxdan bəridir ki, getsə də, Azərbaycan tərəfi buna getmək istəmir. Diffamasiya haqqında qanunun qəbulu məqsədli şəkildə gecikdirilir”.

Bunu 24saat.org-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev bildirib. Ekspertin sözlərinə görə, bu gün də media əməkdaşlarına qarşı təzyiqlər müxtəlif formada davam edir:

Saytların yığılması Saytlarin yigilmasi

“Doğrudur, bu gün Azərbaycanda yazdığı məqaləyə görə kimsə həbs edilmir. Lakin jurnalistləri qorxutmaq, hədələmək və s. yollarla media əməkdaşlarına qarşı təzyiqlər davam edir. Diffamasiya haqqında qanun qəbul edilsəydi, bu, jurnalistlərin hüquqlarının daha mükəmməl formada qorunmasını təmin edə bilərdi. Bu baxımdan diffamasiya haqqında qanunun qəbul edilməsi olduqca vacibdir və bu qanunun mümkün qədər tez qəbul edilməsində fayda var”.

Seymur Əliyev, 24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button