2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Digah sakini:'Burda ailələrin əksəriyyəti soyuq evlərdə yaşayır'


Azərbaycanda Digah adlı kəndlərdən biri də Lənkəran şəhərinin yaxınlığında ( Başqa biri Bakının yaxınlığında, Abşeron rayonundadır) yerləşir. Bu, kəndin mərkəzinə qədər asfalt yol çəkilib. Orada təbii qaz da var. Lakin kəndin yeni yaşayış massivində nə təbii qaz, nə də rahat yol gözə dəyir. Yeni yaşayış massivində 200-dən çox ev inşa edilib, deyilənə görə, bu evlərin heç birində təbii qaz yoxdur. Kəndin yeni yaşayış massivinin sakini Pərviz Eynullayev:

“Gəlirlər, baxırlar, vəd verirlər, gedirlər”

“Təbii qazımız yoxdur. Dəfələrlə müraciət etmişik. Gəlirlər, baxırlar, vəd verirlər, gedirlər. Hər dəfə deyirlər ki, yaxın vaxtlarda təbii qaz çəkiləcək. Amma çəkmirlər.Bu pandemya (koronavirus) dövründə evimi nə ilə qızdırım? 1 metir ölçüdə doğranmış odunlar15 manatdır. Həmin odunlarla sobanı 3 dəfə yandırmaq olur. Keçən qışda 70 metrə odun yandırdım.Uşaqlı evdir, ev isti olmalıdır. İndi vəziyyət daha da pisləşib. Pandameyə bir tərəfdən, müharibə də oldu ( 44 günlük Birinci Qarabağ savaşını nəzərdə tutur).”

Saytların yığılması Saytlarin yigilmasi

“Evlərdə fəhlə işləyirəm”

Onun sözlərinə görə, nəticədə iş yerləri azalıb:

“Evlərdə fəhlə işləyirəm. İş yoxdursa pul da yoxdur, odun da yoxdur. İnanın ki, burda ailələrin əksəriyyəti soyuq evdə yaşayırlar. Xəstəlik də elə soyuqdan yaranır da. Kəndin özündə qaz var. Yaxın olsaydı özümüz çəkərdik.”

Onun sözlərinə görə, yaşadıqları yerdə ara yollar da bərbad haldadır:

“Kəndin mərkəzinə kimi asfalt yol var. Təzə məhlləyə gedən 1 kilometrə yaxın yol bərbad vəziyyətdədir. Ara yolları payızda, qışda keçilməz olur. Yağış yağanda su gəlir çıxır eyvana. Uşaqlar dərsə gedə bilmir.Soyuq da bir tərəfdən.”

“Bizim ölkəmizin təbii qazı və imkanı var”

Onun bildirməsinə görə, şikayət etmədikləri yer qalmayıb:

“İcra hakmiyyəti aparatında olmuşuq. Hamısına müraciət etmişik. Bizi aldadırlar. 13 ildir ki, vəd verirlər. Bizim ölkəmizin təbii qazı və imkanı var. Nə üçün bizə qaz vermək istəmirlər, başa düşmək olmur.”

Digər kənd sakini Kamran Heydərov da həmkəndlisinin fikirləri ilə şərik olduğunu söyləyir:

“İşıq pulunu necə verək?”

“Kəndimiz Bakı-Astara yolunun demək olar ki, üstündədir. Yolun sağında Lənkəran şəhərinin ərazisidir, digər tərəfdə isə kəndimizdir. Yaxın məsafədədir. Qaz xətti çəkmək rahatdır. Qaz olmadığına görə, evi elektirik enerjisi və odunla qızdırırıq. Pulunu çatdırmaq olmur. Günəmuzdla işləyən adamam. Virusla bağlı qadağalar belmizi büküb. İş yoxdur. Evə qazanc gəlmir. İşıq pulunu necə verək? İşıq da kartladır. Pul yükləyirsən, işıq verirlər. Lənkəranda sərt karantin rejimi tətbiq edilir.”

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimidir. Aprel və may aylarında ölkədə işsizlərə və işini itirən şəxslərə (təqribən 600 min ) 190 manat yardım verilib. Sonradan daha 3 dəfə karantinin sərtləşdirildiyi yerlərdə bu davam etdirilib. Sabah, dekabrın 14-dən yanvarın 18-nə kimi ölkədə karantin kəkrar sərtləşdiriləcəyindən ( arada yumşalmalar olub) yenə təqribən 600 min şəxsə yardım veriləcəyi gözlənir. Amma adına pay torpağı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olanlara bu yardım verilmir.Üstəlik, ailədə həm ər və həm də xanımı işsizdirsə onların yalnız birinə bu yardım edilir.

Kamran Heydərov da yardım ala bilmədiyindən gileylidir:

“Koronavirus bir tərəfdən, soyuq da başqa bir tərəfdən,…”

“Soyuqdan əziyyət çəkirik. Çox adam bu il odun ala bilməyib. Qonşumun azayaşlı uşağı var.Bütöv bir ailə evdə xəstə yatır, özü də soyuq otaqda. Koronavirus bir tərəfdən, soyuq da başqa bir tərəfdən, ehtiyac da belmizi qırır.”

O da üz tutduqları dövlət qurumlarından bəhs edir:

“Bu ilin aparel ayında kollektiv şəkildə Lənkəran Şəhər İcra Hakimiyyətinə getdik.Bizi qapıdan qaytardılar. Müavin bizə dedi ki, narahat olmayın ilin ikinci yarısında sizə təbii qaz veriləcək. Qazı vermirlər, heç olmasa gətirib kənddə bizə odun versinlər. Prezidentin bundan xəbəri yoxdur.”

Rəsmilər deyir ki,…

Bu fikirlərə, hələlik, Lənkəran Şəhər İcra Hakimiyyəti-ndən münasibət almaq mümkün olmayıb.

Amma Digah kəndin daxil olduğu Şilavar bələdiyyəsinin sədri Natiq Babayevin sözlərinə görə, isə hər iki məsələnin həlli istiqamətində tədbirlər görülür:

“Kənddə təbi qaz var, asfalt yol da çəkilib.Kəndə qaz xəti çəkiləndən sonra təzə məhəllədə evlər tikilib. İcra hakmiyyəti başçısı şəxsən özü bu işlə məşğul olub. Ümid var idi ki, bu il qaz xətti çəkiləcək.Pandameya və müharibə bu məsələləri arxa plana keçirtdi.Gələn il çəkiləcək.Təbii qazın çəkilişi bizi də narahat edir.”

Lənkəran Rayon Regional Qaz İstismar İdarəsindən də bildirdilər ki, qazın çəkilişi üçün hazırlıq gedir:

“Orada 200-dən yuxarı ev var, qazsızdır.Biz məlumat vermişik, dövlət proqramına salınıb.Yəqin ki, gələn il evlərə qaz çəkiləcək.”

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button