24saat.org Diktatorlar nə yeyirdilər? - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Diktatorlar nə yeyirdilər?

Tanınmış araşdırmaçılar Viktoriya Klark və Melissa Skott dünya tarixinə damğa vuran diktatorların qidalanma rejimlərini araşdırıb. Onların ərsəyə gətirdikləri “Dictators’ Dinners” (“Diktatorlarin axşam yeməkləri”) adlı kitabda Hitlerdən Mussoliniyə, Stalindən Səddam Hüseyinə kimi bir çox diktatorun damaq zövqünə dair maraqlı məlumatlar yer alıb.

24saat.org Publika.az– a istinadən həmin kitaba əsasən bir neçə diktatorun yemək zövqü haqqında ən maraqlı məlumatları təqdim edir:

Hitler: saxta vegetarian

Gəlmiş-keçmiş ən əzazil diktatorlardan olan Hitler özünü vegetarian kimi təqdim edirdi. Lakin onu vegetarian hesab etmək olmazdı. Çünki nadir hallarda da olsa ət və ət məhsulları yeyirdi. Sadəcə olaraq, həzm problemindən əziyyət çəkdiyi üçün ət və xəmir xörəkləri yeyəndə narahat olurdu.

O, da digər bütün diktatorlar kimi zəhərlənməkdən qorxurdu. Ona görə də, yeməklər Hitlerin önünə gətirilməzdən öncə 15 nəfər tərəfindən dadılırdı. Onlar 1 saat içində ölməsələr, Hitler rahatlıqla yeməyini yeyirdi.

O, ən çox aşpaz Margo Uolfun yeməklərini xoşlayırdı. Xanım Marqo öz xatirələrində Hitlərin ən çox sevdiyi yeməklərin tərəvəz şorbası, közdə bişmiş qırmızı bibər və plov olduğunu yazıb.

Mussolini: sarımsaq qoxan diktator

Mussolini hər fürsətdə Fransız mətbəxini pisləyir, İtaliyanın dünyanın ən ləzzətli mətbəxinə sahib olduğunu deyirdi.

Yeməyini evdə – həyat yoldaşı və 5 övladı ilə yeməyi xoşlayırdı. Həmişə eyni saatda süfrə başında olurdu. Qocalmağa başladığını hiss edəndə İtalyan mətbəxindən vaz keçib. Heyranı olduğu Mahatma Qandi ilə Bernard Şounun izindən gedərək vegetarian olub. Həmin dövrdə ən sevdiyi yemək limon suyu və zeytun yağı ilə dadlandırılmış yabanı sarımsaq salatı imiş. Hər axşam bu salatdan bir kasa yeyirmiş. Vəziyyət o yerə gəlibmiş ki, Mussolini daim sarımsaq qoxuduğu üçün həyat yoldaşı Rakele onunla eyni yatağı paylşamaqdan imtina edib.

Səddam: “Dənizdən nə çıxsa, yeyərəm”

Səddam Hüseyn kökəlməkdən qorxurdu. Ona görə də, yeməyi kiçik porsiyalarda yeyirdi. Çox vaxt boşqabındakı yeməyin yarısını saxlayırdı. Təmizlik xəstəsi olduğu üçün tez-tez mətbəxdə gigiyena qaydalarına əməl edilib-edilmədiyini yoxlayırdı.
Səhər yeməyində dəvə südü, çörək və bal yeyirdi. Günorta və axşam yeməyində isə dəniz məhsullarına üstünlük verirdi. Demək olar ki, hər gün balıq yeyirdi. Xərçəng də həftdə 3-4 dəfə yediyi qidalardan idi. “Dənizdən nə çıxsa, yeyərəm”, deyən diktatorun ən sevimli yeməyi də balıqlardan hazırlanırdı. Kefal və ya alabalıqdan hazırlanan “Masgouf” adlı yeməyi çox xoşlayırdı. Bir dəfə Fransa prezidenti Jak Şirak İraqa səfəri zamanı bu yeməyi yeyib çox bəyənir. Səddam dərhal 1.5 ton kefal və yemək üçün lazım gələn digər məhsulları prezidentin təyyarəsinə yüklədir. Yeməyi bişirmələri üçün isə Fransa prezidentinə iki yaxşı aşpazını göndərir.

Qəddafi: gündə 1 litr dəvə südü

Qəddafinin vaz keçilməz qidası dəvə südü idi. Hər gün 1 litr dəvə südü içirdi. Səhər yeməyi zamanı süfrəsində qızğın qumda bişmiş çörək və yumurta olurdu. Qəddafi də İtalyan yeməklərinə heyran olan diktatorlar sırasındadır. O bir dəfə makaronu nə qədər çox sevdiyini bu sözlərə ifadə edib: “Hər gün makaron yesəm, yenə bezmərəm”. Makarondan hazırlanan “Mbekbka” adlı yeməyi çox xoşlayırdı. Bu yeməyi hazırlamaq olduqca asandır. Aşpazlar makaronu soğan, tomat pastası, acı qırmızı bibər və zəfərandan hazırlanan sousda bişirirdilər. Bu sousun tərkibinə bəzən quzu əti, noxud və sarımsaq da əlavə edilirdi.

Qəddafi yeməklərində təkcə zeytun yağından istifadə edilməsini istəyirdi. Hər yeməkdən sonra mütləq yaşıl çay içirdi

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.