2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətində problem var

“Azərbaycanın Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində işlər görülür”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, bu məsələ gündəlik olaraq Dövlət komissiyasının diqqət mərkəzindədir: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində Komissiyanın sədrinin göstərişi ilə biz fəaliyyətimizi davam etdirirk. Bizdə olan məlumata görə, girovluqda olan şəxslərin səhhətlərində müəyyən problemlər yaranıb. Bu məsələ Dövlət Komissiyası tərəfindən bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla ətraflı müzakirə olundu. Həmin beynəlxalq təşkilatlar da onların səhhəti ilə bağlı məsələnin monitorinq ediləcəyini, hətta beynəlxalq həkimləri ora dəvət edərək onların səhhətlərinin yoxlanılacağını bildirdilər”. (Report)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button