2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yalnız müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün yeni təhsil proqramları əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması, onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları təşkil edilir.

 

APA-nın xəbərinə görə, bu barədə DİM-in yaydığı məlumatda bildirilib.

“Çox təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində verilən məlumatlarda müəyyən şəxslər marker hazırlıq kursu ilə abituriyent hazırlıq kurslarını səhv salır. Bir daha bildiririk ki, DİM abituriyentlər üçün ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmir və digər kommersiya məqsədilə yaradılan kursların heç biri ilə əməkdaşlıq etmir”, – deyə məlumatda qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button