2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

DİN Aqil Babayevin ailəsinin dediklərini istintaqa təzyiq kimi qiymətləndirir

“Aqil Babayev və yaxınlarının səsləndirdiyi fikirlər tam əsassızdır”

“Aqil Babayev 20 il ərzində 50-dək adamı aldadıb, pullarını mənimsəyib. Eyni zamanda, bu dövr ərzində dini məclislər təşkil edib”.

Daxili İşlər Nazirliyi (DİN) Aqil Babayevin ailəsinin açıqlamasına münasibətində belə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

DİN ötən gün Aqil Babayev adlı iş adamının həbsi ilə bağlı məlumat yayıb. Açıqlamada onun özünü 12-ci İmam Mehdi kimi təqdim etdiyi, bu yolla insanların külli-miqdarda pulunu mənimsədiyi bildirilir.

Aqil Babayevin ailəsi isə Meydan TV-yə açıqlamasında səsləndirilən ittihamların doğru olmadığını, onun əvvəlcə bir dəstə tərəfindən tutulub döyüldüyünü, sonra isə pulunun mənimsənildiyini və yekunda həbs edildiyini bildirib.

Bacısı Mətanət Babayeva Meydan TV-yə qardaşının iyunun 7-də bir qrup şəxs tərəfindən girov götürüldüyünü və 9 milyon manatlıq soyğunçuluğun bu zaman baş verdiyini deyib. 

Onun sözlərinə görə, soyğunçuluq faktı üzrə “102 qaynar telefon” xəttinə və yuxarı instansiyalara şikayət etsələr də, bugünədək nə hadisə yerindən əl izləri götürülüb, nə də hadisə şahidi olan həyat yoldaşı dindirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Aqil Babayev və yaxınlarının səsləndirdiyi fikirlər tam əsassızdır: “Bu fikirlər istintaqın gedişinə maneə və istintaq aparan əməkdaşlara təzyiq kimi qiymətləndirilir. Aqil Babayev konkret şəxslərə qarşı dələduzluq əməli etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlanıb, həbs qətimkan tədbiri seçilib. Aqil Babayev və yaxınlarının iddiaları araşdırılıb və heç biri öz təsdiqini tapmayıb. O, zərərçəkənlərə dələduzluq yolu ilə külli miqdarda ziyan vurub”.

Aqil Babayevin yaxınları onun “ŞaurmaN1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqovun şəriki olduğunu bildirmiş, oğurluq hadisəsini də məhz onun adı ilə bağlamışdı.

Aqil Babayev barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button