2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

DİN: “Cinayətkar polisə müqavimət göstərib, polis güc tətbiq edib”

Daxili İşlər Nazirliyi Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizəçisinə qarşı sui-qəsddə ittiham olunaraq saxlanılan Yunis Səfərovun içşgəncə izi olan fotolarının yayılmasına daha bir münasibət açıqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib ki, Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb: “O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.

Qeyd edək ki, sosial şəbəkələrdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisinə silahlı hücum edən Yunus Səfərovun polis əməkdaşları tərəfindən tutulduqdan sonra işgəncəyə məruz qalmasını özündə əks etdirən fotosu yayılıb. Fotonu yayanlar iddia edir ki, Y. Səfərov tutulduqdan sonra işgəncələrə məruz qalıb. (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button