2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

DİN-dən “Berdzor” lövhəsini sındıran şəxslərin həbsi ilə bağlı açıqlama

Yayımlandı: 2 Sentyabr 2022 13:55

Elşad Hacıyev: “Bu cəzalandırma profilaktik əhəmiyyət daşıyır”

Laçının girişində erməni dilində “Berdzor” yazılan lövhəni sındıran Elnur İsayev və Cavid Quliyevin 10 sutka inzibati həbsə məruz qaldığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Naizrliyi hər iki şəxsin həbs edildiyini təsdiqləsə də, həbsin motivinin fərqli olduğunu bildirib.

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə deyib ki, adıçəkilən vətəndaşların Laçın rayonu ərazisində lövhəni sındırması ilə bağlı inzibati qayda həbs edilməsi ilə bağlı iddiaları əsassızdır.

“Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanuni daxil olub. Onlar polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmayıblar. Ona görə də barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub”, – deyə o bildirib.

E.Hacıyevin sözlərinə görə, həmin ərazidə də partlayıcı və mina təhlükəsi var: “Hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır. Bu cəzalandırma profilaktik əhəmiyyət daşıyır”.

Avqustun 31-də Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb ki, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən ancaq cari ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ədəd PMN-Э növlü minalar aşkar edilib.

Minaların II Qarabağ müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunduğu qeyd olunub.

1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.

Azərbaycan ordusu avqustun 26-da Laçın şəhərinə daxil olub.

Laçın rayonu 1992-ci ilin mayında Ermənistan ordusu tərəfindən işğal ediləndə rayonun 65507 nəfər əhalisi olub.

Avqustun 11-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda bildirilirdi ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisi yekunlaşıb.

Ona qədər Ermənistanla Xankəndi arasında əlaqə Laçın dəhlizi vasitəsilə həyata keçirilirdi.

Dəhlizə sülhməramlı missiya ilə gəldiyini açıqlayan Rusiya hərbçiləri nəzarət edir.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button