2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

DIN-in qarşısında aksiya 

İyulun 29-da bir qrup  fəal Daxili İşlər Nazirliyinin (DİN ) qarşısında aksiya keçirməyə cəhd edib. 

Onlar son günlər ərzində 5 qadının qətlə yetirildiyini bildirərək, buna etiraz etdiklərini vurğulayıblar. 

Fəallar hesab edir ki,  qadınların ölümündə güc strukturların da məsuliyyəti var. “Qadınların qətlləri siyasidir. Ərinin zorakılığı ilə üzləşib hüquq-mühafizə orqanlarına müraciət edən qadınlara dəfələrlə “boşanma, döyübsə eybi yox” deyirlər, nəticə isə acınacaqlı olur”., fəallar iddia ediblər. 

Saytların yığılması Saytlarin yigilmasi

Aksiya iştirakçıları nazirliyinin qarşısına üstündə öldürüldüyü deyilən qadınların adları yazılmış tabutun maketini gətiriblər. Polis əməkdaşları isə həmin maketi onların əlindən alıb. 

Aksiya iştirakçılarından 3 nəfər – Aytac Ağazadə, Gülnara Mehdiyeva və Sevgi İsmayılbəylinin saxlanıldığı, daha sonra buraxıldığı bildirilir. 

 

DİN-in mövqeyi 

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri  və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Turan” İnformasiya Agentliyinə bildirib ki, aksiyada saxlanan yoxdur.  

O, əlavə edib ki, “qadınların qətlləri siyasidir” ifadəsinin özü siyasi layihədi : “Azərbaycanda qadın hüquqları etibarlı qorunur, polisə daxil olan bütün müraciətlərə dərhal çevik reaksiya verilir. Hansısa formada qadınların zorakılığa məruz qalması, onun hüquqların pozulması ilə bağlı kimdəsə məlumat varsa, xahiş edirik həmin məlumatları müvafiq qaydada polis orqanlarına versinlər”.  

 

24 saat” “DIN-in qarşısında aksiya ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button