2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdiyini deyir

Yayımlandı: 31 Yanvar 2023 16:09

“SalamNews” və “İnteraz” əməkdaşlarının saxlanıldığı haqda məlumatlar var

Daxili İşlər Nazirliyinin İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Yanvarın 31-də keçirilən əməliyyat nəticəsində “SalamNews” informasiya agentliyi və “İnteraz” internet resursunun əməkdaşlarının saxlanıldığı haqda məlumatlar var.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı Meydan TV-yə təsdiqləyib.

Nazirlik bildirib ki, xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və digər bölgələrdə 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.

“Onların arasında A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdovun adları keçir”.

Əməliyyat keçirilən “İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb.

Bir müddət baş ofisi Moskvada yerləşən kanalın təsisçisi jurnalist Saleh Xudiyev olub.

2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırova alıb. Onun  Cəlilabad rayonunda doğulduğu bildirilir.

Mətləb Bağırov həmçinin 2010-cu ildə fəaliyyətə başlayan “SalamNews” İnformasiya Agentliyinin təsisçisidir.

Sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən Yasin Hüseynzadə mühafizə xidmətinin rəisi Orxan Əsgərovu ölüdürüb, 2 nəfəri isə yaralayıb.

Səfirliyin təhlükəsizlik əməkdaşı Vasif Tağıyev Yasin Hüseynzadəni zərərsizləşdirib.

Yasin Hüseynzadə bu hücumu həyat yoldaşının 9 aydır ki, səfirlikdə saxlanılması ilə izah etsə də, Azərbaycan rəsmi orqanları onun dediklərini rədd edib.

Hadisəni terror adlandıran Azərbaycan XİN elə həmin gün İranın Bakıdakı səfiri Abbas Musəvi nazirliyə çağırıb.

Görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu deyilib.

Həmçinin “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu səfirin diqqətinə çatdırılıb.

Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi açıb.

Yanvarın 29-dan Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb, diplomatlar təxliyə olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button