2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

DIN Naziri Vilayət Eyvazovun və Baş Prokuror Kamran Əliyevin nəzərinə

Bakı/27.01.22 Ötən ilin sentyabrında Qazax rayonunda avtomobil qəzası törətdiyi bildirilən polis əməkdaşının hələ də məsuliyyətə cəlb edilmədiyi deyilir.

Bakı şəhər sakini Sona Muradova Turan-a bildirib ki, 2020-ci ilin sentyabrın 28-də Qazax rayonu ərazisində onun idarə etdiyi avtomobili başqa bir avtomobil vuraraq qəza törədib.

“Şəhərin bir arxa məhəlləsində, sürət həddi 30-40 kilometr olan bir yerdə sürücülük vəsiqəsi olmayan polis əməkdaşı İmran Göyüşov avtomobili yüksək sürətlə idarə edərək bizim avtomobili vurdu. İdarə etdiyi avtomobil onun adına yox, Asif Əliyevin adına rəsmiləşdirilib”, deyə o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Muradovanın sözlərinə görə, zərbədən onun olduğu avtomobil divara çırpılıb və avtomobildəki digər şəxslər xəsarət alıb.

“Biz xəsarət almışıq, avtomobilimiz yararsız hala düşüb (12 manatlıq zərəl).

Lakin İmran Göyüşov ziyanı ödəməkdən imtina edir. Deyir, mən polisəm, mənə heç kəs heç nə edə bilməz”, deyə o qeyd edib.

Muradova məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına müraciət edib.   “Daxili İşlər Nazirliyindən mənə məktubla bildirilib ki, Qazax Rayon Polis Şöbəsində oktyabrın 5-də ekspertizanın təyin edilməsi ilə bağlı qərar qəbul edilib və araşdırma gedir, müraciətim isə Qazax Rayon Prokurorluğuna göndərilib.

Lakin nəticə hələ də yoxdur. Nə məhkəmə var, nə də bir xəbər. Adam sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib, iki nəfərə xəsarət yetirib. İşi aparan tədqiqatçı Fərid Rüstəmov bizdən qaçır, zənglərimə cavab vermir”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Turan-a təstiq edib ki, sentyabr ayının 28-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və nəticədə iki nəfərin xəsarət alması barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar polis əməkdaşları hədisə yerinə gələrək müvafiq araşdırma aparıb, avtotexniki ekspertiza təyin edilib. İlkin araşdırmalar nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakini Sona Murodavanın idarə etdiyi “Mitsubishi” markalı avtomobil ilə Qazax rayon sakini, Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində işləyən, polis leytenantı İmran Göyüşovun idarə etdiyi “Opel” markalı avtomobilin toqquşması nəticəsində Sona Muradova və onun avtomobilində olan sərnişin Maya Bağırova müxtəlif bədən xəsarətləri alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, deyə Qasımov qeyd edib.

Qasımov deyib ki, polis əməkdaşının sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsi ilə bağlı xidməti yoxlama aparılıb və o, sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə intizam məsuliyyətinə cəlb olunub.

Lakin bunlar hamısı sözdür, indiyədək Sona Muradovaya polisə və prokurorluğa etdiyi şikayətlərə görə heç bir cavab gəlməyib.

Qazax prokurorluğundan Turan-a bildiriblər ki, hadisədə zərər çəkən olmayıb (!), odur ki, bu, prokurorluğun işi deyil.

Baş prokurorluqdan da Turan-a deyiblər ki, Sona Muradova narazıdırsa, prokurorluğa şikayət edə bilər.  Belə çıxır ki, Azərbaycanda insan gərək aclıq etsin, polisin və prokurorluğun qarşısında başına benzin töküb yandırsın, ya da özünü 5-ci mərtəbədən atsın ki, məmur özbaşınalığına reaksiya versinlər?  -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button