2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

DİN orqanlarının daha bir heyrətamiz yeniliyi

cemilhesenliCəmil Həsənli, Milli Şura sədri

Kiməsə oxşamağa görə həbs

Saytların yığılması Saytlarin yigilmasi

Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucov dünən xarici görünüşü kiminləsə “dəyişik” salınaraq saxlanılıb. Məlum olanda ki, Əziz bəyin xarici görünüşü aldadıcı təsəvvür yaradıb və axtarışda olan adam deyil, ancaq bənzərlik düz çıxmasa da adamı buraxmayıblar, kiməsə oxşarlığına görə Nəsimi Rayon Məhkəməsinə aparılıb. Beynəlxalq Mətbuat Azadlığı ərəfəsində televiziya rəhbərinə bir ay inzibati həbs cəzası veriblər. Bu da DİN orqanlarının daha bir heyrətamiz yeniliyidir. Onlar ölkənin hüquq sistemini nəzəri və praktiki nümunələrlə, demək olar, hər gün zənginləşdirirlər.
Bloger Mehman Hüseynovun dörd il öncə qanunsuz müsadirə edilmiş şəxsiyyət vəsiqəsini beynəlxalq mətbuat günü ərəfəsində rayon polis idarəsinin rəisi Mehmanın saxlandığı cəzaçəkmə müəssisəsində “təntənəli” şəkildə ona təqdim edib. Bu məzhəkənin səhəri televiziya rəhbəri olan jurnalisti kiməsə oxşadığına görə DİN orqanları saxlayıb və bu oxşarlığa görə bir ay inzibatı cəza alıb. Gərək DİN axtarışda olan vətəndaşların şəkillərini çoxaldıb paylaşsın ki, insanlar da onlara oxşar bir şeylər varsa, həmin oxşarlığı küçəyə-bacaya çıxmazdan öncə aradan qaldırıb ictimaiyyət arasına çıxsınlar. Əks təqdirdə axtarışda olan adamlara çoxları bənzəyə bilər. Bu bənzərliyə görə Əziz Orucova 30 sutka inzibati cəza veriblər.
İndi Əziz müəllimin həbsinin səbəbləri ilə bağlı çoxlu versiyalar irəli sürülür. Bunu özlərinin efir məkanı olmayan QHT-lərə, ictimai birliklərə, hüquq müdafiəçilərinə, gənclər təşkilatının təmsilçilərinə söz demək imkanı yaratmaqla izah edənlər də var. Lakin Əziz Orucov bunların heç birinə görə axtarışda olan adama “bənzədilməyib”. Zatən bu işləri o, çoxdan görür və bu maarifçilik xidmətlərinə görə heç vaxt axtarışda olan birisinə də “bənzədilməyib”. Kanal 13 məhz aprel ayının 8-də Milli Şuranın mitinqini əvvəldən axıra qədər canlı nümayiş etdirdiyi üçün onun rəhbəri Əziz Orucov da polis gözünə axtarışda olan adam bənzərində görünüb və bu bənzərliyə görə 30 sutka inzibatı həbs cəzası alıb.
Axı, son bir necə həftədir bütün respublika miqyasında mitinq sonrası profilaktika işləri aparılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button