Loading...
Loading...
SEÇMƏ

DİN özünü yandıran Qarabağ döyüşçüsünün qanunsuz tələb irəli sürdüyünü deyir

Yayımlandı: 19 Sentyabr 2022 14:01

“O, qardaşına məxsus avtomobilin buraxılması və protokolun ləğv edilməsini istəyib”

Şirvanda özünü yandıran Qarabağ döyüşçüsü Elmir Abdiyevin müalicəsi xəstəxanada davam edir. Onun yaxınları polis əməkdaşlarının hərəkətlərinə etiraz olaraq intihara cəhd etdiyini deyir.

Daxili İşlər Nazirliyi bu barədə iddialara cavab verib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Elmir Abdiyevin qardaşı Elvin Abdiyev lazımi sənədlər olmadan avtomobil idarə etdiyinə görə yol polisi onu saxlayıb. Avtomobil dayanacağa yerləşdirilib, Elvin Abdiyevin özü haqqında protokol yazılıb. Buna görə Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gəlib.

“O, avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürüb. Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb. Lakin saat 20 radələrində Elmir Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd edib. O, şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılıb”, – Daxili İşlər Nazirliyinin məlumatında belə deyilir.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır.

Yardımlı sakini, 1990-cı il təvəllüdlü Elmir Abdiyev 2020-ci ildə 44 günlük müharibədə iştirak edib. Onun Qarabağ döyüşlərində iştirakı nəzərə alınaraq, “Laçının azad olunmasına görə” medalına və başqa mükafatlara layiq görülüb.

Meydan TV

Gözdən qaçırmayın:  Astara sakinləri: “Kənd məktəblərinin təmiri yarımçıq qalıb”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button