Loading...
Loading...
Xəbərlər

DİN: Polisi döyən deputatla bağlı materiallar Baş Prokurorluğa göndərilib

Hadisə zamanı Eldəniz Səlimovun sərxoş olduğu bildirilir

İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun yerli polisə xəsarət yetirməsi haqda məlumat təsdiqlənib.

Daxili İşlər Nazirliyindən -yə bildiriblər ki, deputat E.Səlimov sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Mirzəyevi döyərək ona xəsarət yetirib.

Nazirlik deputatın karantin qaydalarını pozduğunu söyləyib:

“Hadisə iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.

Eldəniz Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat mandatı alıb.


24 saat” “DİN: Polisi döyən deputatla bağlı materiallar Baş Prokurorluğa göndərilib” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button