2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

DİN rəsmisi: “Əziz Orucovu təhdid etməkdə şübhəli bilinən şəxs saxlanılıb”

Yayımlandı: 10 İyul 2022 11:42

Şəxsin kimliyi haqda məlumat verilmir

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovu təhdid etməkdə şübhəli bilinən şəxsin saxlanıldığı deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Əziz Orucova xitabən “Facebook” səhifəsində paylaşım edib.

Elşad Hacıyev Meydan TV-yə şübhəli bilinən adamın kimliyini açıqlamayıb. O, hələ araşdırma aparıldığını əlavə edib.

İyulun 7-də Əziz Orucov metronun “Sahil” stansiyasının yaxınlığındakı parkda ailəsilə birlikdə gəzərkən 30-35 yaşlı şəxs tərəfindən təhdidə məruz qaldığı barədə məlumat yayıb.

“Əvvəlcə uşağı öpürmüş kimi davrandı, daha sonra mənə tərəf döndü. Sanki bu adamı əvvəl haradasa dəfələrlə görmüşəm, amma xatırlaya bilmədim. Mənə baxıb, onu tanıyıb-tanımadığımı soruşdu. Dedim ki, tanımadım, amma tanış gəlir. Qayıtdı ki, “mən isə səni yaxşı tanıyıram”. Soruşdum ki, kimsən? Dedi ki, “bu uşaq olmasaydı, bilərdin, hər şey qurban uşağa”. Ona dedim ki, Allah sənin də balalarını qorusun. Cavabında dedi ki, “mən Allah-zad tanımıram”. Ardınca da Allahı təhqir elədi, mənə də xəbərdarlıq eləyib dedi ki, “bir də belə eləsən, bilirsən nə olacaq”. Bunu deyib, çıxıb getdi. Bu adamın sifəti çox tanış gəldi. Onu ancaq küçədə, yolda gördüyümü düşünürəm”,-Orucov belə yazıb.

O, vurğulayıb ki, kimsə ilə şəxsi zəmində problemi yoxdur. O əmindir ki, həmin şəxsi onun yanına göndərən var və məqsəd də təhdid etməkdir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button