Siyasət

DİN təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib

Daxili İşlər Nazirliyi (DİN) təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə DİN-dən “Report”a bildirilib ki, bir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü – iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq, vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənmədi.

“Odur ki bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyib anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk”, – deyə DİN-dən qeyd edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button