2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Dini etiqad azadlığı haqqında'' qanuna dəyişiklik edilib

Saytların yığılması Saytlarin yigilmasi
Milli Məclis foto Meydan TV
Milli Məclis foto Meydan TV.

Bəzi qadağalar aradan qaldırılıb

Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları ilə bağlı qoyulan bəzi məhdudiyyətlər aradan qaldırılır.

Aprelin 24-də Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin keçirdiyi iclasında belə deyilib.

Məlumatı report.az yayıb. 

İclasda “Dini etiqad azadlığı haqqında” qanuna yeni dəyişikliklərin təklif edildiyi deyilib. 

Qanunun hazırkı variantına görə, ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.

Yeni qanun layihəsinə görə, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir.

Mövcud qanuna əsasən, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.

Komitə sədri Siyavuş Novruzov APA-ya bildirib ki, bu qadağalar qəbul ediləndən sonra müxtəlif dini icmalardan müraciətlər olub:

Siyavuş Novruzov
Siyavuş Novruzov.

“Biz də düşünürük ki, həqiqətən dünyada elə qəbul edilmiş dini mərkəzlər var ki, onların nümayəndələrinin Azərbaycanda dinlə bağlı həqiqi ayinlər icra etməsi məqsədəuyğundur”.

Yeni layihəyə əsasən, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakmiyyəti orqanı ilə razılıaşdırılmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.

Hazırkı qanuna əsasən, vətəndaşlarin dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.

Yeni dəyişiklikdə bildirilib ki, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button