2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Diplomatiyanın yazılmayan qanunu: Vladimir Doroxin Azərbaycandakı səfirlərin ağsaqqalıymış

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Bakıda fəaliyyət göstərən xarici diplomatik korpusların nümayəndələrinin ağsaqqalı sayılır və bu, birmənalı olaraq qəbul edilir.

Sən demə, diplomatik münasibətlərdə bu jestin öz mənası varmış.

1992 və 2005-ci illərdə Azərbaycanın Türkiyədəki səfiri işləmiş Məmməd Əliyev Modern.az-a açıqlamasında səfirlər arasından duayenin hansı əsaslarla  seçilməsi barədə danışıb.
“Səfirlərin öz aralarından duayen-yəni ağsaqqal seçməsi normal haldır. Adətən daha çox vəzifədə olanlar ağsaqqal seçilir. Prinsip ondan ibarətdir ki, uzun müddət ölkədə səfir kimi fəaliyyət göstərən şəxs duayen olur. Təbii ki, səfir duayenlikdən imtina da edə bilər. Həmçinin duayenin üzərinə müəyyən vəzifələr qoyulur. Bu da müəyyən diplomatik tədbirlərin təşkil olunmasıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Məmməd Əliyevin sözlərinə görə, mütləq deyil ki,  yaşca böyük olan səfir duayen seçilməlidir.

“Səfirlərin ağsaqqalı o demək deyil ki, hamıdan yaşda böyük olmalıdır. Yaşda böyük olmaya da bilər. Əsas odur ki, səfirlərin ağsaqqalı olursan. Duayeni səfirlər özləri öz aralarından seçirlər. Hər bir səfir bilir ki,  kimin iş təcrübəsi daha çoxdursa,  o da duayen  olmalıdır. Həmçinin, səfirin duayenlikdən imtina etmək haqqı da var. Ümumiyyətlə, duayenlik şərəfli bir vəzifədir”.

M.Əliyev Türkiyədə diplomatik fəaliyyət göstərdiyi vaxtlarda səfirlər arasından seçilən ağsaqqal diplomat barədə də danışıb.

“Duayeni ən təcrübəli səfir arasından seçirlər. Ona ağsaqqal səfir deyirlər. Türkiyədə səfir olduğum dönəmlərdə Fələstinin Türkiyədəki səfiri Fuad Yasin var idi. Uzun müddət idi ki, səfir kimi fəaliyyət göstərirdi. Onların çox ölkələrdə səfirlikləri də yox idi. Həmin fələstinli səfiri duayen seçmişdik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button