Cəmiyyət

DİQQƏT! AZƏRBAYCANLILARA XƏBƏRDARLIQ – “QUŞ QRİPİNDƏN QORUNUN!”

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi ilə bağlı vətəndaşları diqqətli olmağa çağırır.

Agentliyin məlumatında deyilir ki, hazırda dünyanın 45 ölkəsində, o cümlədən Azərbaycanla həmsərhəd olan Rusiya, İran və Qazaxıstanın bəzi inzibati ərazi vahidlərində quş qripi xəstəliyi davam edir.

“Həmin ölkələrdən 36-da alovlanma ev quşları arasında baş verdiyindən respublikamızın ərazisini sözügedən ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədilə AQTA tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilməsilə bağlı müvafiq qərarlar qəbul edilib.”

Agentlik qeyd edir ki, xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir.

“Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin yayılma riskini artırır.”

AQTA ev quşlarını qapalı şəraitdə saxlamağı, vəhşi quşlarla təmasda olmamağı, quşların açıq şəraitdə satışına və ya nümayiş etdirilməməsinə yol verilməməyi məsləhət bilir.

“Vətəndaşlara epizootik vəziyyətlə bağlı diqqətli olmaq, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmaq, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat vermələri tövsiyyə olunur,” AQTA-nin məlumatında qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, Azərbaycanda yalnılz 2006-cı ildə 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib. Təşkilat ölənlərin 4-nün Azərbaycanın cənub-şərq rayonlarından olduğunu bildirir. 

“Turan”

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button