2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏCəmiyyət

DİQQƏT: Aprelin 1-dən əməkhaqqı belə veriləcək… – VİDEO

İşçilərinə maaşı nağdsız qaydada verməli olan ancaq bunu nağd şəkildə həyata keçirən sahibkarlara maliyyə sanksiyaları tətbiq olunacaq. Bundan başqa ƏDV və 6-8 faizlik sadələşmiş vergi ödəyicisi olanlar üçün elektron qaimə fakturaların tətbiqində texniki hazırlıq başa çatıb. Yeni qayda artıq aprelin 1-dən etibarən tətbiq ediləcək.

Vergilər Nazirliyi sahibkarlara xəbərdarlıq edib. Yanvarın 1-dən tətbiq olunan və qanunla öz işçilərinə maaşı nağdsız qaydada verməli olan sahibkarlara qarşı Vergilər Nazirliyi indiyə qədər maliyyə sanksiyası yerinə maarifləndirici tədbirlər həyata keçirib. Ancaq belə şəxslər qanunu qəsdən pozsalar sanksiya ilə üzləşəcəklər.
Aprel ayının 1-dən sahibkarlara tətbiq olunacaq elektron qaimə fakturalar üçün də texniki hazırlıqlar tamamlanıb və sistem hazır vəziyyətdədir.
Bu tədbirlər həm vergidən yayınma hallarının qarşısı almaq, həm də əmək münasibətlərində şəffaflığı artırmaq üçündür.
Vergilər Nazirliyi yeni qaydaların tətbiqində sahibkarları diqqətlə yanaşmağa dəvət edir ki, sonradan onlar hansısa maliyyə sanksiyasına məruz qalaraq əlavə vəsait itirməsinlər.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button