2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Direktor düzəltmək adı ilə 50 min manat alan qadına prokuror iş istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqında da sübuta yetirildiyini deyib və N.Məmmədovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Nərgiz Məmmədova zərərçəkmiş Sevil Qaracayevanı Bakıdakı məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 50 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Qeyd edək ki, N.Məmmədova iki dəfə məhkumluq həyatı yaşamış O, TQDK-nın ali məktəblərə təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə təqsirli bilinib.  Nərgiz Məmmədova 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadıb ondan 23 min manat almaqda ittiham edilib, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərgiz Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 8 il 6 ay müddətinə cəza alan Nərgiz Məmmədovanın cəzası şərti hesab olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button