2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Dirilər ölülərin yerini əllərindən alır

Bakıətrafı qəbiristanlıqlar sot-sot zəbt olunur, səbəb…

 

Qəbiristanlıqlarla bağlı yeni qanun layihəsinin gündəmə gəlmsi Bakı və Sumqayıt ətrafındakı bir sıra qəbiristanlıqlara vətəndaşların kütləvi hücumu ilə nəticələnməkdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə 24saat.org-u etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, yeni qanun layihəsində bir qəbir yerinin vətəndaşa 300 manat məbləğində satılması, habelə bir şəxsə iki qəbir yerindən artıq məzar yerinin satılmasına qadağa qoyulması bəzi şəxsləri indidən özlərinə “gün ağlamağa” sövq edib. Belə ki, bəzi vətəndaşlar indidən qəbiristanlıqlarda bir neçə yerlik ərazi zəbt edərək hasarlayır, sözügedən qanun layihəsinin qəbuluna kimi ailə qəbiristanlıqları yaratmağa çalışırlar. Artıq bəzi qəbiristanlıqların sot-sot zəbt edilməsi prosesi başlayıb ki, bu da onsuz da məhdud olan qəbir yerlərinin sürətlə azalması deməkdir.

Mənbənin sözlərinə görə, əgər əlaqədar qurumlar zəruri addımlar atmazsa, bu, köhnə qəbiristanlıqlardakı boş yerlərin tamamilə tutulmasına, yeni qəbiristanlıqların salınması ehtiyacının kəskin artmasına səbəb olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button